Ukraynadan azərbaycanlı bəstəkar Cövdət Hacıyevin foto-sənədləri Dövlət Film Fonduna təqdim olunub

Ukraynadan azərbaycanlı bəstəkar Cövdət Hacıyevin foto-sənədləri Dövlət Film Fonduna təqdim olunub
Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xüsusi foto-sənədləri Dövlət Film Fonduna təqdim olunub. Bu barədə SİA-ya fondun mətbuat xidmətindən məlumat verilib.


Foto-sənədlər Ukraynanın keçmiş "Sovet musiqisi" nəşriyyatı əməkdaşı tərəfindən verilib. Eyni zamanda Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birgə rejissorlar Gülbəniz Əzimzadə və Anarın birgə çəkdiyi "Dantenin yubileyi" filmini bərpa edib. Bu film oktyabrda rejissora həsr olunmuş xatirə gecəsində nümayiş olunacaq. Film 1978-ci ildə istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com