Mehriban Əliyeva: \"Müsabiqənin keçiriləcəyi yer ilə bağlı yaxın gələcəkdə qərar veriləcək\"

Mehriban Əliyeva: \"Müsabiqənin keçiriləcəyi yer ilə bağlı yaxın gələcəkdə qərar veriləcək\"

Bu gün Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda "Eurovision–2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub. SİA-nın məlumatına görə, təşkilat komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qarşıda müsabiqənin ən yüksək səviyyədə keçirilməsi kimi böyük məqsəd və vəzifələrin durduğunu diqqətə çatdırıb.


Müsabiqəyə qalan vaxtın o qədər də çox olmadığını vurğulayan Azərbaycanın birinci xanımı ən vacib işlərin görülməsi üçün ilk iclasda əsas istiqamətlərin müəyyən edilməsinin zəruriliyini bildirib.


Mehriban xanım Əliyeva, həmçinin müsabiqənin keçiriləcəyi yer ilə bağlı təkliflərə baxıldığını və yaxın gələcəkdə bu barədə qərar veriləcəyini deyib.


İclasda "Eurovision–2012" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsinə hazırlıq işləri və digər məsələlər müzakirə edil

Bütün xəbərlər Facebook səhifəmizdə