“Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəklişlərinə başlanılacaq

“Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəklişlərinə başlanılacaq

"Qorxma, mən səninləyəm" filminin ikinci hissəsinin çəklişlərinə başlanılacaq. SİA-nın məlumatına görə, Moskvada yaşayan həmyerlimiz, tanınmış rejissor Yuli Qusman "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsini çəkməyə hazırlaşır.

Çəkilişləri avqust ayında başlanacaq film ilkin variantda "Qorxma, mən səninləyəm - 1919" adlanır.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə cərəyan edən hadisələrdən bəhs edəcək filmin süjet xətti o dövrün sevgi macərası üzərində qurulub.


Qeyd edək ki, 1981-ci ildə çəkilmiş "Qorxma, mən səninləyəm" filmi iki sirk ustasının - Rüstəm və San Sanıçın Azərbaycana gəlməsi və burada onların başlarına gələn əhvalatlardan bəhs edir.


Yeni kino layihəsində də 30 il əvvəl filmdəki çəkilən tanınmış sənətkarlar rol alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня