Antonio Stradivarinin əl işi olan skripka 15,9 milyon dollara satılıb

Antonio Stradivarinin əl işi olan skripka 15,9 milyon dollara satılıb

Antonio Stradivarinin əl işi olan skripka London hərracında 15,9 milyon dollara satılıb. SİA-nın məlumatına görə, bu eksponat Yaponiyanın "Nippon Foundation" qeyri-hökumət fondu tərəfindən hərraca çıxarılıb.

Hərracdan əldə edilən vəsait Yaponiyanın bərpasına xərclənəcək. Fondun nümayəndəsi skripkanın onların kolleksiyasında çox vacib yer tutduğunu bildirsə də dağıdıcı sunaminin nəticələrinin aradan qaldırılması üçün onu satmaq məcburiyyətində qaldıqlarını açıqlayıb.

Adı açıqlanmayan alıcı isə 1721-ci ilin əl işinə hərracda təqdim olunan qiymətdən 4 dəfə artıq vəsait ödəməyib.

Qeyd edək ki, məşhur ingilis şairi Corc Bayronun nəvəsi Anna Blantın 30 il bu skripkada ifa etməsi onun dəyərini bir az da artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə