“Zone Reality-2” düşərgəsinin tələbələr üçün ilk təqdimatı keçirilib- FOTOSESSİYA

“Zone Reality-2” düşərgəsinin tələbələr üçün ilk təqdimatı keçirilib- FOTOSESSİYA

"Zone Reality-2" düşərgəsinin ilk təqdimatı Azərbaycan Universitetinin tələbəli üçün keçirilib. SİA-nın məlumatına görə, təqdimat zamanı iştirakçılara "Zone Reality-2" düşərgəsinin keçiriləcəyi məkan, proqram, iştirakçıların əldə edəcəkləri endirimlər, ekskursiyaların keçiriləcəyi bölgələr, nəqliyyat vasitəsi və bu kimi məsələlər müzakirə olunub.

Təqdimatda çıxış edən G. Mustafayeva bildirib ki, təqdimat günləri daha da asanlaşdırılıb, artıq həftə sonları da təqdimat keçiriləcək: "Bunun üçün hər kəsin bizimlə əlaqə saxlayıb yalnız gələ biləcəyi tarixi və saatı deməsi kifayətdir və dedikləri zamanda ofisimizə yaxınlaşıb təqdimatda iştirak edə bilərlər. Bu kimi addımlar iştirakçılarda daha da sərbəstlik yaradan bir amildir. İstədiyiniz zamanda təqdimata qoşala bilərsiniz".

\"Zone Reality\" iştirakçılarından ibarət klub yaradılacağını vurğulayan layihə rəhbəri: "İl ərzində həmin klubun üzvləri həm yüksək endirimlər əldə edib onlar üçün illik əyləncəli proqram veriləcək. Bunun haqqında ətraflı klub layihəsinin təqdimatında informasiya verəcəyik",- deyə əlavə edib.

"Zone Reality-2" düşərgəsi Azərbaycanda ikinci dəfədir ki, Flame Production tərəfindən keçirilir. Düşərgədə iştirak haqqının 30%-ı DNS Computer’s tərəfindən qarşılanır və eyni zamanda hər il olduğu kimi bu ildə düşərgənin qalibinə DNS Computer’s-dən NOUTBUK hədiyyə veriləcək. Ötən Zone Reality düşərgəsinin qalibi Cavid Nəzərov olub.

Əlavə məlumat üçün: www.zonereality.biz, www.sia.az saytlarına daxil olmaqla və ya (070) 990- 70- 97 nömrəsini yığaraq bizimlə əlaqə yarada bilərsiniz.

Qeyd edək ki, layihənin informasiya dəstəyi yalnız Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə