Tanınmış gitaraçı Bakıda konsert və ustad dərsləri verəcək

Tanınmış gitaraçı Bakıda konsert və ustad dərsləri verəcək

Uşaq musiqi incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq tanınmış musiqiçi, rəssam və xoreoqrafların, təcrübəli müəllimlərin iştirakı ilə ustad dərsləri təşkil edir.

Uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün klassik gitara ixtisası üzrə ustad sinifləri keçirmək, habelə konsert proqramı ilə çıxış etmək məqsədilə Niderlandda yaşayan tanınmış rusiyalı gitaraçı, beynəlxalq müsabiqələr laureatı İrina Kulikova-Fellendans Bakı şəhərinə dəvət olunub. SİA-nın xəbərinə görə, 2011-ci il 8 iyun tarixində saat 18.00-da Kapellhaus Alman-Azərbaycan Cəmiyyətində gitaraçının solo konserti olacaq.

İyunun 9-da Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbində saat 10.00-dan başlayaraq İrina Kulikova-Fellendans uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad sinifləri keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə