Azərbaycan filmi Makedoniyada keçirilən festivalda nümayiş etdiriləcək

Azərbaycan filmi Makedoniyada keçirilən festivalda nümayiş etdiriləcək

"İmper Qrup" Prodüser Mərkəzinin istehsalı olan "Bir addım" qısametrajlı bədii filmi mayın 27-dən 31-dək Makedoniyanın Strumica şəhərində keçiriləcək "7th AsterFest İnternational" film festivalının əsas müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. SİA-nın xəbərinə görə, festivalda Azərbaycanla yanaşı, Almaniya, Danimarka, Finlandiya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və digər ölkələrin audiovizual məhsulları da nümayiş ediləcək.

"Bir addım" qısametrajlı bədii filmi 20-dən artıq ölkədə keçirilmiş beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edərək, müxtəlif mükafat və diplomlara layiq görülüb. Filmin rejissorları - Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifləri - Alina Abdullayeva və Nərgiz Bağırzadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə