...Supermen komiks kitabının ilk nəşrinin orijinal nüsxəsi olan 1939-cu ilə aid "Supermen #1" ABŞ-dakı Heritage Hərraclarında 9,12 milyon dollara satılıb.
SİA-nın məlumatına görə, NBC News xəbər verir ki, bir vaxtlar cəmi 0,10 dollara satılmışdı.
Bu, 2024-cü ildə qeydə alınan əvvəlki rekordu qırdı: 1938-ci ilə aid Action Comics-in ilk sayı 6 milyon dollara satılıb. Hərrac təşkilatçılarının sözlərinə görə, yeni rekord, lotun demək olar ki, mükəmməl vəziyyəti - 10 baldan 9 balla mümkün olub.
Komiks on illərdir köhnə qəzet yığınının altındakı karton qutuda saxlanılmasına baxmayaraq sağ qalıb.
Komiks, mərhum analarının əşyalarını çeşidləyərkən Şimali Kaliforniyadan olan üç qardaş tərəfindən təsadüfən aşkar edilib.
Şəbəkənin qeyd etdiyi kimi, hərraca çıxarılan lotun pop mədəniyyəti tarixində böyük əhəmiyyəti var: yazıçı Cerri Siqel və rəssam Co Şuster tərəfindən yaradılan superqəhrəman ilk dəfə ayrıca bir buraxılışda peyda olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB