Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib
Beynəlxalq Muğam Mərkəzində I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu çərçivəsində Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı təşkil olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə konsertin əhəmiyyəti barədə danışıb.
S.Paşazadə belə konsertlərin təşkilini təqdirəlayiq hesab edib. Əməkdar artist qeyd edib ki, Kalvalı Əli Dədə yaradıcılığına nəzər salmaq Azərbaycan musiqi irsinə verilən dəyərin bariz nümunəsidir.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə vurğulayıb ki, Türk dünyasının ənənəvi musiqisi və milli kimlik məsələləri bir-biri ilə sıx bağlıdır. “Türk dünyasının musiqi irsi həddindən artıq zəngindir. Türk xalqlarının tarixi salnaməsində qəhrəmanlıq ruhu, zəngin yaradıcılıq ənənəsi var. Bu tədbirlər sayəsində biz həm də türk dünyasının geniş və zəngin musiqi mədəniyyətini daha dərindən öyrənmiş oluruq”, - deyə K.Dadaşzadə əlavə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevin sözlərinə görə, Türk dünyasının musiqi irsindəki ortaq dəyərlərin elmi müstəvidə araşdırılması son dərəcə vacibdir. O diqqətə çatdırıb ki, tədbir həm də Kalvalı Əli Dədənin yaratdığı musiqi məktəbini xatırlamaq və sənət irsini dəyərləndirmək üçün gözəl fürsətdir.
Daha sonra konsert proqramı təqdim olunub.
Proqramda türk xalqlarının nümayəndələri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB