Ölkəmizdə çəkilən yerli seriallarda qadınlar niyə alçaldılır ? -KİNOREJİSSOR DANIŞDI
“Ölkədə çəkilən yerli seriallarda qadınların alçaldılması məsələsini bütün seriallara şamil etmək düzgün deyil”. Bu sözləri SİA-ya açıqlamasında kinorejissor Kənan MM bildirib.

Onun sözlərinə görə, şəxsən özünün çəkdiyi serialda “Şükriyyə” adlı qadın obrazı öz ayağı üstündə durmağı və çevrəsinə qarşı sinə gərməyi bacaran bir qadın obrazı idi: “Qadın zərif varlıqdır demək, qadının gücsüz varlıq olması anlamına gəlmir. Düzdür ölkədə mentalitet anlayışı var. Həmçinin “ayıbdır olmaz” düşüncəsi mövcuddur. Xarici seriallar bizim mentalitetdən uzaq olduğu üçün insanların xoşuna gəlir. Çünki insan öz arzuladığı, lakin yaşa bilmədiyi görüntüləri gördükdə ona xoş gəlir. Bir də bu sahədə reytinq məsələsi var. Bu cür seriallar yüksək reytinq verir. Ancaq reytinq mənim üçün keyfiyyət göstəricisi deyil. Hesab edirəm ki, yerli seriallarda qadının xəyanətə uğramış, əzab çəkən kimi göstərilməsi yolverilməzdir. Onuz da ölkədə qadın zorakılığı və cinayətləri günü-gündən artır. Yerli seriallarda qadının bu cür göstərilməsi qadın zorakılığı və cinayətlərini daha da artırır”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB