…Emerald Fennellin yeni film adaptasiyası olan “Qarlı keçid” (“Wuthering Heights”) filminin tam treyleri yayımlandı. Emili Brontenin romanı əsasında çəkilən filmdə Marqo Robbi və Cakob Elordi rol alırlar.
SİA-nın məlumatına görə, filmin premyerası 14 fevral 2026-cı ildə Sevgililər günündə baş tutacaq.
Treylerdə Robbie Ketrin Ernşo, Elordi isə Xitkliff rolunu canlandırır. Filmdə həmçinin Xonq Çau, Şazad Latif, Alison Oliver və Martin Klunes rol alıblar. Ouen Kuper və Şarlotte Mellinqton əsas personajların gənc versiyalarını canlandırırlar.
Qeyd edək ki, Brontenin romanı ötən əsrin əvvəllərindən bəri dəfələrlə filmə uyğunlaşdırılıb.
Bu dəfə Fennell özünəməxsus, daha həssas və daha qaranlıq interpretasiyasını təklif edir.
Bu yanaşma həftələrdir beynəlxalq mediada fəal şəkildə müzakirə olunur.
Həm daha açıq hekayə dili, həm də Brontenin "şeytan gözləri olan qara dərili qaraçı" kimi təsvir etdiyi Elordinin aktyor seçimi tənqid olunub.
Layihəyə marağı filmin saundtrekinin müəllifi olan Çarli XCX də artırır.
Müğənni bu yaxınlarda Velvet Underground qrupunun keçmiş üzvü Con Keyl ilə birlikdə yazdığı "House" mahnısına klip çəkdirdi və daha sonra son treylerdə yer alan "Chains of Love" adlı başqa bir mahnını təqdim etdi.
Çarli etiraf etdi ki, Fennellin filmin saundtrekini yazmaq təklifi onu o qədər maraqlandırıb ki, romanın atmosferindən və personajlarından ilhamlanaraq bütöv bir albom yaratmaq qərarına gəlib (bu yaxınlarda yayımlanan iki mahnı romandandır).
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB