Nizami Kino Mərkəzində Azərbaycanın yaradıcı və texniki heyəti tələbələrdən ibarət olan tammetrajlı “Boş yer” adlı bədii filmin təqdimatı keçirilib. SİA xəbər verir ki, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən istehsal olunan filmin rejissoru Mərkəzin müəllimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Rəhman Fürqətoğludur. Layihə gənclərin yaradıcılıq potensialının, peşə təhsilinin praktiki nəticələrinin, istehsalatda real bacarıqların nümayişi baxımından əhəmiyyət kəsb edir. Film dövlət və sponsor dəstəyi olmadan, yalnız Mərkəzin imkanları və tələbələrin əməyi ilə ərsəyə gətirilib.
“Boş yer” hər iki valideynini itirmiş, yazıçı olmaq arzusu ilə yaşayan gənc Azərin həyatını əks etdirir. Film boyunca diqqətsizlik, sosial adaptasiya, psixoloji təcrid, insan münasibətləri mövzuları vurğulanır. Tamaşaçı real həyat faktları və cəmiyyətin sosial davranış modelləri ilə üz-üzə qalır. Filmin xronometrajı 101 dəqiqədir. Ssenari müəllifi də Rəhman Fürqətoğludur.
Təqdimat mərasimində layihədə iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb və filmin peşə təhsili sistemində yaradıcı ixtisasların inkişafına töhfə verəcəyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB