Qara Qarayev adına Moskva Musiqi Məktəbi “Konsonans” festivalı keçirir
Noyabrın 15-də Moskvada Qara Qarayev adına Musiqi Məktəbi tərəfindən “Konsonans” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. SİA xəbər verir ki, tədbirdə musiqi məktəblərinin və incəsənət məktəblərinin yuxarı sinif şagirdləri, eləcə də orta və ali musiqi təhsili müəssisələrinin tələbələri iştirak edəcəklər. Proqramda müxtəlif alətlərdə ifaçılar, vokalçılar və on nəfərə qədər kamera instrumental ansamblları çıxış edəcəklər.
Yaradıcılığı simfonik və kamera əsərlərindən tutmuş teatr tamaşaları və filmlər üçün musiqiyədək bütün əsas musiqi janrlarını əhatə edən görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinə xüsusi diqqət yetiriləcək.
Festivalın məqsədi mədəni əlaqələri gücləndirmək, gənc ifaçıları dəstəkləmək və dünyaşöhrətli bəstəkarımızın musiqi irsini təbliğ etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

.jpg)


USD
EUR
GBP
RUB