“Üzüklərin hökmdarı” filmində Qandalf rolunu oynayacaq ifaçı seçilib...

“Üzüklərin hökmdarı: Qollum ovu” filminin çəkilişləri Yeni Zelandiyada 2026-cı ilin may ayında başlayacaq...

...Britaniyalı aktyor Yan MakKellen "Üzüklərin hökmdarı" serialındakı yeni filmdə Qandalf roluna qayıdacaq.

SİA xəbər verir ki, o, bu barədə "Mirror"a verdiyi müsahibədə bildirib.

Pərəstişkarları 86 yaşlı aktyorun ekrana qayıdışına şübhə ilə yanaşırdılar.

Qeyd edək ki, MakKellen 2024-cü ilin yayında tamaşa zamanı səhnədən yıxılaraq özünü zədələmişdi.

...Gələn il Orta Yerə qayıdıb Qandalf rolumu bir az təkrarlayacağam və dayanmayacağam. Demək istədiyim odur ki, film üzərində nə qədər çox çalışsan da, bu, teatr qədər çətin iş deyil və indi başa düşdüyüm kimi, o qədər də təhlükəli deyil, - deyə o bildirib.

Aktyor həmçinin Şekspir tamaşasında kök cəngavər Con Falstaff rolu üçün geyindiyi qalın, zolaqlı kostyuma görə yıxıldığını da xatırlayıb.

...Bir gecə, tamaşanın ortasında ayağım stula ilişdi. Dayanarkən digər ayağımla onu silkələməyə çalışanda, cilalanmış səhnə səthində sürüşməyə başladım və qaçılmaz olaraq tamaşaçılara yaxınlaşdım. Düşünürəm ki, bir az cavan olsaydım, özümü saxlamaq üçün tullanar, oturar və ya başqa bir şey edərdim, - deyə MakKellen bölüşür.

Aktyorun sözlərinə görə, o, ön sırada oturan birinin dizinə yıxılıb. O,həyatının bitdiyini düşünsə də, demək olar ki, heç bir zərər görməyib.

...Franşizanın ilk filmi olan "Üzüklərin hökmdarı: Üzük qardaşlığı" 19 dekabr 2001-ci ildə nümayiş olunub. İkinci və üçüncü hissələr olan "İki Qüllə" və "Kralın qayıdışı" 2002 və 2003-cü illərdə nümayiş olunub.

"Üzüklərin hökmdarı: Qollum ovu" filminin çəkilişləri Yeni Zelandiyada 2026-cı ilin may ayında başlayacaq. Filmin rejissoru Qollum rolunu oynayan Endi Serkis olacaq. Premyerası 2027-ci ilin dekabr ayına planlaşdırılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə