“Filmlərimizdə, seriallarımızda, qəhrəmanlar cəmiyyət tərəfindən əzilmiş, güzəştə gedən kimi göstərilir”. Bu sözləri SİA-ya açıqlamasında kinorejissor Ayaz Salayev bildirib.

Onun sözlərinə görə, filmlərdə həyatla mübarizə aparma iradəsi göstərilməlidir: “Müasir filmlərimiz çox aşağı bir səviyyədədir. Müasir filmlərimizin keyfiyyətinin əvvəlki dövrdə olduğu kimi keyfiyyətli olmaması problemi təkcə Azərbaycanda deyil. Bu problem bütün keçmiş Sovetlər Birliyi ölkələrinin hamısında var. Məsələn, gedib Özbəkistana, Qazaxıstana, Baltikyanı ölkələrə baxsaq, onlarda da eyni problemdir. Çünki dövr, şərait tamamilə dəyişib. Müstəqillik dövründə papağımızı qapağımıza qoyub biz düşünməli idik. İndidə yeni yollar tapmaq lazımdır. Köhnə praktika ilə gedirik, təbiiki heçnə dəyişməyəcək. Çünki şərait artıq başqadır, Biz yeni dövrlə artıq ayaqlaşmalıyıq. Yeni standartlara uyğun filmlər çəkilmədiyi müddətdə problem davam edəcək. Ölkədə film çəkmək üçün maraqlı ssenarilər yoxdur. Ümid edirəm bizdə də nə vaxtsa bu sahədə irəliləyiş olacaq”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB