Türkiyənin “TRT AVAZ” telekanalı tərəfindən hazırlanan “Yüzler” (“Simalar”) adlı sənədli filmin çəkilişləri başa çatıb. Artıq “TRT AVAZ” kanalında yayımlanan layihə noyabrın 6-da İstanbulda keçiriləcək “16-cı TRT Sənədli Filmlər” festivalının rəsmi mərasimində geniş ictimaiyyətə təqdim olunacaq. SİA xəbər verir ki, “Yüzler” layihəsinin birinci bölümü Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya həsr olunub.
Bununla bağlı məlumat verən filmin rejissoru Murat Ocak bildirib ki, “Şahmat taxtasının şahzadəsi” adlı bu bölümdə Aynur Sofiyevanın uşaqlıq illərindən başlayaraq, dünya miqyasında tanınan bir şahmat ustası və sahəsi üzrə liderlik mövqeyinə qədər yüksələn həyat yolu əks etdirilib. Eyni zamanda filmdə şanlı Zəfər qazanan, müasir Azərbaycanın mədəniyyət, texnologiya, idman kimi sahələrdə inkişafına yer verilib. Ekran əsəri şahmat metaforası ilə Azərbaycanın müasir simasını, Bakının futuristik məkanlarını və mədəni zənginliyini də əks etdirir.
Filmin Bakıda baş tutan çəkilişləri Bakıda bir çox məkanları əhatə edib.
Türk dövlətlərində elm, incəsənət, idman və digər sahələrdə uğur qazanmış qadınların həyatı, Türk dünyası xanımlarının gücünü və ilhamverici hekayələrini ön plana çıxarmağı hədəfləyən layihənin əlaqələndiricisi “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömərdir.
Qeyd edək ki, noyabrın 6-dan 9-dək davam edəcək festivalda Azərbaycanı əhatə edən iki filmin nümayişi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB