Ankarada Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ankarada təşkil edilən X Türk Dünyası Sənədli Film Festivalının mükafatlandırma mərasimində Azərbaycan xalq mahnıları və tanınmış bəstəkarlarımızın əsərləri səsləndirilib.

SİA xəbər verir ki, SƏDA musiqi kurslarının tələbələri eləcə də bir sıra türk bəstəkarlarının və dünya klassiklərinin əsərlərini ifa ediblər.

Türkiyə paytaxtında fəaliyyət göstərən SƏDA kurslarının rəhbəri Aytən Rəhimova türk xalqlarının mədəniyyətlərarası əlaqələrinə töhfə vermək fürsətindən qürur duyduğunu bildirdi.

“Seçilmiş Azərbaycan musiqi əsərlərinin ifa olunması festival proqramına xüsusi rəng qatdı”, - deyə A. A.Rəhimova musiqini “mədəni diplomatiyanın universal aləti” adlandırdı.

O, Azərbaycanın və digər türk xalqlarının musiqi irsinin təbliğinin vacibliyini vurğuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə