Opera həvəskarlarının çoxsaylı şikayətlərindən sonra La Skala rəhbərliyi ciddi geyim kodu tətbiq etmək qərarına gəlib: teatra yalnız zərif geyinmiş qonaqlar buraxılır.
Çimərlik şalvarları ilə tamaşaya gələnlər isə girişdən döndəriləcək. Üstəlik, biletlərə xərclənən pullar kompensasiya edilməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” yazır.
Deməli, nəşr yazır ki, operanın girişində ziyarətçilərdən “teatr etiketinə” uyğun geyim seçmək tələb olunan davranış qaydaları siyahısı peyda olub. Tamaşaçıların köynək, şortik, və ya qolsuz paltar geyinməsinə icazə verilmədiyi eləcə də onlara biletlərin pulunun geri qaytarılmadığı açıq şəkildə bildirilir.
Oxşar xəbərdarlıq biletlərdə və teatrın saytında da yer alıb.
Formal olaraq, La Skala-da geyim kodu uzun müddətdir - ən azı 2015-ci ildən bəri mövcuddur, lakin pozuntulara məhəl qoyulmur.
İndi tamaşaçılardan zərif geyinmək tələb olunur.
Geyim kodunu xatırlatma La Skala etiket qaydalarına daha geniş baxışın bir hissəsidir.
Tamaşaçılara tamaşalar zamanı özləri ilə yemək və içki gətirmək, habelə fotoşəkil çəkdirmək və film çəkmək qadağandır.
Bundan əlavə, opera tamaşaçılarına mobil telefonlarını eyvan qutularının məhəccərlərinə qoymamaları tövsiyə olunur. Çünki onlardan biri bir müddət bundan əvvəl aşağıda oturan tamaşaçının üstünə düşmüşdü.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə