ABŞ Dövlət Departamentinin zaman-zaman Azərbaycana qarşı qərəzli hesabatlar təqdim etməsi ilk hal deyil və bu baxımdan, təəccüb etməyə də dəyməz. Çünki bu kimi vasitələr, ilk növbədə, anti-Azərbaycan xarakterli dairələr tərəfindən sifariş olunur və nəzərə alsaq ki, bu gün Amerikada kifayət qədər Azərbaycan əleyhinə işləyən düşmənlər mövcuddur, habelə həmin düşmənlərin bir qolu ölkəmiz daxilində “müxalifət” adlandırılan radikal qruplarla əlbirdirlər, onda hər şey gün kimi aydın olmağa başlayır. Eyni zamanda, biz ABŞ Dövlət Departamenti tərəfindən insan hüquqları və demokratik mühit ətrafındakı qərəzli, qeyri-obyektiv hesabatın yayıldığı zaman ona məhz AXCP, “Milli Şura”, Müsavat, habelə xaricdəki xain qüvvələrin sevinclə münasibət bildirmələrini görərkən suyun haradan bulandığını dərhal aşkar edirik. Onlar həmin “qüvvələr”, yaxud 30 ildir ki, özlərini müəyyən edə bilməyən sözdə “siyasi qruplardırlar” ki, fəaliyyətləri və məqsədləri heç də insan hüquqları, ya da demokratiya ilə bağlı deyil, əksinə, reallıqlara qara yaxıb, daldalandıqları adlar altında kirli maliyyə vəsaitləri əldə etməkdən ibarətdir.
Əli Kərimli və onun kimiləri Azərbaycan xalqının hüquqlarının müdafiəsindən necə imtina etmişdilər?
Bu gün ABŞ Dövlət Departamentinin sözügedən hesabatından papağını göyə atıb “hakimiyyətə gələcəyik” tipli siyasi klounadalıq sərgiləyən Əli Kərimli unutmamalıdır ki, məhz 30 il boyunca hüquqları tapdanan və torpaqları işğal altında qalan Azərbaycan vətəndaşlarının yurd-yuvaları düşmən tapdağından azad olunarkən o və onun kimi digər ayağısürüşkən “müxalifətçilər” xalqın, siyasi partiyaların vahid şəkildə birləşməsini əks etdirən bəyanata imza atmadılar, onlar Azərbaycan xalqının hüquqlarının müdafiəsindən imtina etdilər!
O “sənədi” hazırlayan amerikalıların filan yerlərini öpməyə, yeni ifadə ilə desək, dabanlarını yalamağa hazır olduqlarını göstərirlər!
Və bu, həmin Əli Kərimli və ətrafındakı lazımsız ölü siyasilərdirlər ki, qardaş Türkiyə dövləti ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi kimi əhəmiyyətli Bəyannamə imzalanarkən onlar bu prosesdən də yaxalarını kənara çəkdilər. Hər iki prosesdə, məhz Azərbaycan xalqının və dövlətinin hüquqlarının müdafiəsi, qorunması, bərpası reallıqları dayanırdı və onlar bu reallıqlara qarşı çıxdılar.
İndi isə ABŞ Dövlət Departamentinin, əslində, Azərbaycan dövləti üçün lazımsız bir əşya xarakteri bağışlayan “sənədinə” az qala biət edib, o sənədi hazırlayan amerikalıların filan yerlərini öpməyə, yeni ifadə ilə desək, dabanlarını yalamağa hazır olduqlarını göstərirlər!
Nə deyirik, özləri bilərlər, amma bir faktı da unutmamalıdırlar ki, belə davam edə bilməz və bir gün öz xainlik əməllərinə görə cavab verəcəklər və onda çox sevdikləri Dövlət Departamenti onları işlənmiş salfetka qismində zibil qutusuna atacaq. Onda da çox gec olacaq...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB