Niyə sənət adamları Rusiyadan gedirlər?

Maraqlıdır, görən, Rusiyada təkcə imkanlı şəxslərin deyil, həm də sənət adamları-aktyor və aktrisaların, rəssamların ölkədən qaçmasının səbəbi nədir!? O da maraqlıdır ki, bəziləri bunu bugünkü Rusiyada baş qaldıran anarxizmlə əlaqələləndirirlər. Doğrudur, bu Rusiyadanqaçış hələ ki, total şəkil almasa da, amma etiraf edilməlidir ki, artmaqda davam edir.

Qeyd edək ki, bu gün Rusiyadan gedənlərlə bağlı ruslar arasında aparılan sorğuya verilən cavablar birmənalı deyil. Məsələn, bəzi ruslar gedənlərə “satqın” deyərək iradlarını gizlətmirlər. Rusiyada olarkən az-çox tanınan bəzi sənət adamlarının heç birinin sonradan Qərbdə məşhur olmadıqlarını deyib, nümunələr də göstərirlər.

Amma, deyim ki, rəyi soruşulanlardan bəziləri bəlkə bir şeydə haqlıdırlar. Məsələn, onlar haqlı olaraq, Rusiyadan gedənlərin vaxtilə ölkədə olarkən axmaq (yaltaq) açıqlamalar vermədiklərini, əksəriyyətinin bizneslə məşğul olub Qərb hakimiyyətinə sadiqliklərini nümayiş etdirməyə ehtiyac duymadıqlarını deyirlər.
Təbii ki, sonradan rus xalqı da “heç bir göstəriş olmadan” onlara olan marağı itirir və unudub gedirlər.

Yeri gəlmişkən, deyim ki, mən də əvvəllər belə düşünürdüm. Amma aktyor Saveliy Kramarovun yaşantıları ilə tanışlıqdan sonra, belə görünür ki, bəzi gedənlərə haqq qazandırmaq olar. Deyim ki, milliyyətcə yəhudi olan Kramarovun sonradan Rusiyanı tərk etməsinin səbəbi İsraildə yaşayan əmisi ilə telefon əlaqəsi saxlaması oldu. Qeyd edək ki, Kramarov bu “əməl”inə görə, nələrlə üzləşmədi, onu, elə bir istedadı daha film çəkilişlərinə çağırmadılar və hətta deyilənə görə, o zaman aktyorla çəkilən bütün filmlərin kassadan geri çəkilməsinə göstəriş verilibmiş. Hətta onun ölkədən çıxışına da yasaq qoymişdular. Amma fəlsəfənin bir mülahizəsində olduğu kimi, təsadüf zərurəti doğurdu. Belə ki, “Amerikanın Səsi” radiosunda oxunan bir məktub Amerika prezidenti Ronald Reyqana göndərildı və o da Kramarovun Amerikaya getməsinə yardımçı oldu.

...Və yaxud Leonid Yarmolniki götürək. Rusiyanın ən istedadlı aktyorlarından biri...1994-cü ildə Rusiyanın əməkdar, 10 il sonra isə 50 illik yubileyi ilə əlaqədar aralıq rütbəsi olmadan verilməsi planlaşdırılan xalq artisti adından imtina etdi. Niyə, məsələ bundadır ki, o da Rusiyanı tərk edib deyə, verəcəyi cavabı da özü ilə apardı. Təbii ki, belə nümunələr çoxdur, amma...

...Deyim ki, bu gün Rusiyanı tərk edib xaricə gedənlər daha çox Ukrayna-Rusiya müharibəsini önə çəkib bunun onlar üçün “utandırıcı və ağrılı” olduğunu əsas gətirirlər.

Amma, sən demə, Çulpan Xamatova kimi pulsuzluq və ehtiyacdan da Rusiyanı tərk edən “məşhurlar” varmış. Onu da deyim ki, tatar əsilli Xamatova gərək ki, ötən il idi... ermənilərin “türklərdən gördükləri zülmlə” bağlı çəkdikləri bir filmdə baş rola dəvət almışdı. Amma sonrası nə oldu, deyə bilmərəm...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə