Donetsk və Qarabağ, yaxud əvəz-əvəz dünyası... KÖŞƏ YAZISI
Rusiya KİV-ləri tez-tez şikayət edirlər ki, Ukrayna silahlı qüvvələri Donetski davamlı olaraq atəşə tuturlar, Ukrayna tərəfinin hər gün atdığı mərmirlər dinc əhalini öldürür və bütün bunların qarşısında dünya nədənsə susur (?)
Lakin dünya heç də susmur və ayı obrazındakı rus hərbi maşınının Ukraynada hansı qəbulolunmaz üsullardan istifadə edərək din əhalini hədəfə alması barədə yazır. Dünya doğum evlərinin, uşaq bağçalarının, mülki evlərin, qeyri-hərbi obyektlərin vurulmasından, dinc əhalinin savaş meydanını tərk etmələri üçün yaradılmış “yaşıl dəhlizlərin” raket zərbələrinin hədəfə çevrilməsindən yazır, dünya olanları işıqlandırır!
Və burada Azərbaycanla da paralellər aparmaq olar. Ermənilər 30 il boyunca (!) Livan böyüklüyündə ərazini işğalda saxlayaraq bu torpaqları yerlə-bir ediblər, dağıdıblar, talanlara məruz qoyublar. İnsan itkilərinin sayı barədə isə yenidən xatırlatmağa belə dəyməz!
Azərbaycanlıların yerdə qalanları isə 30 il qaçqın və məcburi köçkün həyatının ağırlığı altında yaşamağa məhkum olublar. Hətta Ermənistan bundan sonra da sakit durmayıb və 30 ilin hər gününü Azərbaycan kəndlərini, şəhərlərini atəş altında saxlamağa davam ediblər. Sözdə atəşkəs müddətində öldürülmüş dinc əhalinin sayı isə Donetskdə ölənlərin sayından dəfələrlə çoxdur!
Lakin maraqlıdır, həmin vaxtlarda siz – Rusiya KİV-ləri bu məlumatları dərc edirdinizmi? Dünyanın diqqətinə çatdırırdınızmı? Ermənilərin özbaşınalıqları barədə geniş təfsilatlı materiallarınızla çıxış edirdinizmi? Cəmi bir neçə barmaqla sayılacaq dürüst media qurumlarından və 3-5 nəfər politoloqlarından başqa Rusiyanın heç bir aparıcı, nüfuzlu kütləvi informasiya vasitəsi Azərbaycanın üzləşdiyi ağır nəticələrlə bağlı bir kəlmə də olsun yazmırdı! Və indinin özündə belə, əlinə imkan düşər-düşməz Azərbaycan hədəfə alınır, Azərbaycan günahkar çıxarılır və s. Bütün bunlar öz yerində...
Lakin Azərbaycan Ordusu erməni həyasızlığına cavab atəşi açan kimi rus mediası dərhal gözünü yumub, ağzını açırdı və sən demə, azərbaycanlılar “dinc erməni əhalisinə” qarşı “aqressiya siyasəti” yürüdürmüşlər (?!).
Bax, indi Rusiya mətbuatı, sizinlə eyni hal yaşanır. İndi siz məhz Azərbaycanın 30 il boyunca yaşadığı hisslərini yaşamaqdasınız. Əgər Qarabağın erməni istilasına məruz qaldığı zamanlar həm “suçlu”, həm gə “güclü” olaraq Azərbaycan “günahkar” çıxarılırdısa, indiki məqamda, yəni Donetskin atəşə tutulmasında da əsas günahkar tərəf məhz Rusiyadır. Halbuki, Donetskin də Rusiyaya heç bir aidiyyatı yoxdur və bunu bütün dünya bilir.
Bəs indi necə olur ki, sizə ağlınıza gəlməyi yazmağınız üçün hər şey olar, amma sizə qarşı fikir bildirmək belə olmaz? Vaxtında siz bizləri görməzlikdən gəlirdinizsə, indi də biz sizi görməzlikdən gəlirik! Belə bir söz var azərbaycanlılarda, əvəz-əvəz dünyasıdır...
İndi həmin bu əvəz-əvəz dünyasında sanksiyalar tətbiq edilən rus KİV-ləri, eləcə də Solovyovlar və başqaları layiq olduqları cəzalarını alırlar...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB