Özünü qanundan üstün sayan məmurlar – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Bəzi məmurların özbaşınalığı, qanundankənar əməlləri haqda mediada mütamadi olaraq yazılır. Onların bəziləri sərt şəkidə cəzalandırılıb. Lakin hələ də belələri var- həm də elə də az deyillər. Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bu məsələ ilə bağlı mövqeyini sərt şəkildə ortaya qoyub: “Heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq”.

Bu, artıq köhnə dövrün bitdiyinin, yeni dövrdə heç kimə güzəşt edilməyəcəyinin sərt anonsudur və məmurları düzgün işləməyə vadar edən bəyanatdır. Prezident son illərdə dəfələrlə belə bəyanat verib və sərt xəbərdarlıq edib. Xəbərdarlığa məhəl qoymayan məmurlar isə sərt şəkildə cəzalandırılıb.

"Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir- ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.

Bundan sonra bu məsələdə daha sərt yanaşma olacağı aydındır. Dövlət rəhbəri məsələnin digər tərəfinə- mənəvi-psixoloji tərəfinə də toxunub: “Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir”.

Məmurlara nəzarətin təkcə dövlət ən üst orqanlarından edilmədiyini, cəmiyyətin və medianın da burada vacib rolunun olduğunu dövlət başçısı rəsmi bəyan edib. “Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm və dərhal reaksiya verilir. Belə məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Göründüyü kimi, artıq dövlət-cəmiyyət-media üçbucağında daha yaxın bağlar yaranıb və birbaşa dövlət başçısı səviyyəsində hökumətin işinə nəzarətdə cəmiyyətin və medianın rolu yüksəldilir. Bu isə rüşvətxor məmurların öz qanunsuz işlərini əvvəlki kimi rahatlıqla görə bilməəcəyini, onlara üçbucağın bütün tərflərindən nəzarət edildiyini deməyə əsas verir.

Ölkə prezidentinin dediyi kimi, “əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”.

Məmur xalqın xidmətçisidir, o üzünü xalqın sahibi kimi apara bilməz. Əgər bir ölkədə dövlətin başsı özünü xalqın xidmətçisi hesab edirsə, aşağı vəzifəli məmurlar da ondan nümunə götüməlidirlər. Bu nümunəni götürə bilməyənlər könülli olaraq istefa verib başqa işlə məşğul ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...