Əli Əliyevin “VİP”inin ipinin üstünə odun yığmaq olmaz! KÖŞƏ YAZISI

Nikol Paşinyanı özünə “prezident” hesab edən Sevinc Osmanqızının erməni lobbisinin hesabına gün işığı görən qondarma “TV”nə çıxaraq burnunu hara gəldi və necə gəldi dürtən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev qabaqdangəlmişlik edərək haray salıb ki, bəs onu məhkəməyə veriblər, onu tutacaqmışlar-filan.

Məsələ ondadır ki, son vaxtlar özünü “dahi siyasətçi” hesab edən, həm də “biləndər” sayan VİP sədri hətta əlində heç bir fakt, sübut olmadan insanlara qarşı qarayaxma kampaniyaları aparır, özü də bu dəfə hansı mövzuda və harada – Nikolun ağuşuna girməyə ona ermənicə “matağ, yes kes serume” (əzizim, mən səni sevirəm) deyərək arvadı Anna Akopyanın əlindən almağa hazır olan Sevinc Osmanqızının “TV”də! Çünki yaxşı bilir ki, həmin “TV”ni ermənilər izləyirlər və orada Azərbaycan əleyhinə deyilən hər kəlməni, hər sözü bizə qarşı silah olaraq istifadə edirlər. Bir sözlə, şaqqa-şaraq, gecəli-gündüzlü düşmənə nökər kimi çalışırlar - əlbəttə ki, əvəzində də nə isə alırlar, hərif-zad deyillər ki (?) Onsuz da düşmən çörəyi yeməyə alışıqdırlar.

Yaxud, sən özünü “biləndər” kimi apardıqca...

Beləliklə, Əli Əliyev iddia edib ki, 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəza uğraması nəticəsində sağ qalan hərbçilər onun həbs olunmasını istəyirlər. Əslində düz də edirlər, bir halda ki, sənin əlində heç bir dəlil, sübut, fakt olmadığı halda Vətəni, dövləti uğrunda hər an canlarından keçməyə hazır olan hərbçilərimizə qarşı sərsəm ittiham yağdırmağa sənə kim izn-ixtiyar verib? Əgər xalqın adından, vətəndaşın danışırsansa, böyük səhvə yol verirsən, çünki sənin “VİP”inin ipinin üstünə odun yığmaq olmaz! Yaxud, sən özünü “biləndər” kimi apardıqca, sözün əsl mənasında, sərsəmləməyə başlayırsan, özü də necə!

Misal üçün, deyirsən ki, qəza zamanı sağ qalan xidmət əməkdaşlarının orada olması şübhə doğurur (?!) Bir insan, özü də siyasi təşkilata rəhbərlik edən şəxs necə vicdansız və ləyaqətini heçə sayan biri olmalıdır ki, istər sifarişli, istərsə də sifarişsiz olaraq öz hərbçilərinə qarşı bu cür olmazın ittihamlar yağdırsın (?!)

İndi bu ünsür durub deyir ki, bəs onu məhkəməyə verib həbs olunmasını istəyirlər. Əslində, düz də edirlər, sənin kimi məsuliyyətisz, əsassız ittihamlarla siyasi gündəmdə qalmaq istəyənlər qanun qarşısında cavab verməlidirlər, qanun və layiq olmadıqları ittihamlara tuş gələn qəhrəman hərbçilərimiz qarşısında!

O ki qaldı paşinyansevər Sevinc Osmanqızının timsalında həmin ittihamların səsləndirilməsinə, artıq bu faktın özü də nəyin necə və nə cür olduğunu açıq-aşkar isbatlayır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə