Dəmir yumruq enərsə, çox pis olacaq! KÖŞƏ YAZISI

Bir il əvvəl və sonrakı məlum proseslərdən sonra hələ də erməni cəmiyyətində revanşçı hisslərdən çıxa bilməyənləri görərkən insanda istər-istəməz belə bir sual yaranır: mənasız, xəstə və sağalmaz “təfəkkürdən” xilas olmaq belələri üçün bu qədərmi çətindir? Axı bildiyimiz qədər erməni cəmiyyətindən Lipartyan, İsgəndəryan, Ekzoyan və s. kimi normal düşüncəli ictimai-siyasi, elm və s. xadimləri də var. Lakin onu da qeyd edək ki, belə ermənilər revanşçılıq və qəddarlıq, həmçinin irqçilik mövqeyindən çıxış edən digər ermənilər tərəfindən qəbul olunmurlar, hətta zaman-zaman loyal, yaxud həqiqətləri deyənlərə qarşı terrorlar da həyata keçirilib. Qısacası, daşnak düşüncəsi bugünün özündə də Ermənistanda tüğyan edir və bu reallıq, əslində, bütövlükdə Ermənistanın dünya xəritəsindəki mövcudluğunu mümkün məhvinə doğru sürükləmiş olur.

Beləliklə, artıq bir neçə gündür ki, həm Ermənistanda, həm Azərbaycanda, həm də Rusiyada fəaliyyət göstərən sosial şəbəkə seqmentlərində, eləcə də mediada üç ölkə rəhbərlərinin sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin nəqliyyat-kommunikasiya dəhlizlərinin (Zəngəzur dəhlizinin) blokadadan çıxarılaraq istifadəyə verilməsi yönündə növbəti bəyanatı imzalayacaqları ilə bağlı iddialar səsləndirilir. Açığını desək, kapitulyasiyaya uğramış Ermənistanın əvvəl-axır bu fakt qarşısından kənara çəkilə bilməyəcəyini hər birimiz anlayırıq. Hətta Ermənistan hakimiyyəti son aylarda bu bəyanatın imzalanmayacağını müxtəlif cəhətlərdən inkar etsə belə nəticənin məhz Azərbaycanın diktəsi ilə başa çatacağını əminliklə vurğulaya bilərik.

Lakin həmin bəyanat prosesinin bu ilin noyabr ayının 9/10-da imzalanması mümkünlüyü barədə fikirlər artdıqdan sonra Ermənistandakı revanşçı qüvvələr, xüsusilə daşnaklar, sasna-srerçilər və s. radikal-irqçi, ultra-millətçi qütblər yenidən əsib-coşmağa başlayıblar. Onların belə bir davranış nümayiş etdirmələri, əslində, çox gülüncdür - axı hansı nələrinə güvənib də etiraz edəcəklər? Müharbəmi istəyirlər? Yenidən övladlarının üst-üstə meyitlərini sink tabutlarda göndərilmələrinimi istəyirlər?

Bu yerdə Prezident İlham Əliyevin oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi fikri xatırlatmaq yerinə düşərdi. SİTAT: "Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda”.

Özlərini revanşçı kimi göstərib hay-haray qaldıranlar, çox yaxınlarda imzalanması gözlənilən bəyanatlara qarşı çıxanlar onu da bilməlidirlər ki, İlham Əliyev faktoru sözlərini boşuna xatırlatmır və bir gün belə davam edəcəyi halda onların başları birdəfəlik əzilə bilər. Çünki dəmir yumruq yerindədir və havaya qalxmış vəziyyətdə. Enərsə, çox pis olacaq!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...