Araikin başı dumanlanıb: Qarabağlı ermənilər, sonra gec olacaq haaa! KÖŞƏ YAZISI

Belə baxanda, həqiqətən də Qarabağda yaşayan ermənilərə adamın lap yazığı gəlir. Bəli, onları istənilən şəkildə təqdim etmək olar – separatçılar, düşmənlər, daşnak ideyalarının təbliğatçıları, terrorçular və s. və i.

Lakin bu gün sadə ermənilərin, hətta Azərbaycan qanunları və pasportları ilə yaşamağa hazır olan qarabağlı ermənilərin mövcud vəziyyətləri həqiqətən də çox ağırdır. Daha dəqiq desək, günah yenə də onların başları üzərində dayanaraq utopiya ilə məşğul olanların, sadə kəndliləri Azərbaycan tanklarının, PUA-larının, qırıcı təyyarələrinin, ümumiyyətlə, top-tüfənglərinin üzərinə göndərənlərdədir. Məsələ ondadır ki, quldur Araikin rəhbərliyi altında Qarabağın bədbəxt erməni cəmiyyəti qorxu altında saxlanılır, onlara yalanlar sırınır. Azərbaycanlıları “xoxan”, özlərini isə “mələk” kimi dünyaya zorla sırımağa çalışan Araikin əslində çoxdan tutularaq qanunlar qarşısına çıxarılmasının zamanı çatıb. Yəni onun məhz Azərbaycan torpaqlarında əllərini-qollarını sallaya-sallaya gəzməsinə yekun “DUR!” deməyin vaxtıdır. Yaxşı, vaxtıdırsda, bəs bu zaman nəyi gözləyirik əcəba?

Bu ünsür, yaxud məxluq və ya terrorbaşı, həm də onun yan-yörəsi öz biznes maraqlarını həyata keçirmək üçün kağızdan barrikada qurub və Azərbaycanın erməni vətəndaşlarını da düzüb həmin barrikadanın qarşısına. Onun üçün maraqlı deyil ki, bundan sonra kimsə öləcək, kimsə qalacaq, ona maraqlı olan qanunsuz biznesini davam etdirməkdir. Halbuki, Qarabağın su və torpaq resurlarının 95%-i işğaldan azad edilib, Araik isə deyir ki, onlar, yəni separatçılar uduzsalar da bu məğlubiyyət faciəli deyil. Görəsən, bu üsnür və ya məxluq həmin sözlərini deyəndə aşırı alkoqolu içkisininmi təsirində? Və ya o, ağır narkotik məhlulu qəbul edibmiş?

Görün nə deyir bu gəda: “Biz gərək öz mübarizəmizi davam etdirək”, yaxud “əgər Rusiya ordusu regiona daxil olmasaydı, bizim taleyimiz tamamilə fərqli olardı”. Onun dediyindən belə nəticə hasil etmək olar ki, əgər Rusiya sülhməramlıları Qarabağın bəlli nöqtələrinə təhkim olunmasaydılar, onda ermənilərin taleləri fatal olardı, hətta dəhşətli dərəcədə ağlamalı. Onun sözləri bu cür qənaəti gətirir.

Yaxşı, bəs onda “Biz öz mübarizəmizi davam etdirməliyik” tipli fikirləri necə anlayaq? Buradan isə tamamilə ayrı kontekst çıxır – yəni “rus sülhməramlılarına atəş açaq və hədəflərimizə çataq”. Bir tərəfdən Rusiya bunları xilas edib, digər tərəfdən isə onlar buna görə ruslara öz “təşəkkürlərini” bildirəcəkmişlər. Axı başqa cür anlamaq da olmur bu terrorçu ünsürün dediklərini!

Amma yox! Araik adlı quldurbaşının dediklərindən fərqli olaraq, Qarabağ ermənilərinin çıxış yolları var və bu yol yeganədir – azad, normal həyat yaşamaq üçün Azərbaycanın qanunlarına, tələblərinə inteqrasiya olunmaq. Çünki ayrı istənilən yol regionda növbəti müharibənin başlanması və onların tamamilə məhvləri deməkdir. Zatən Araik də bunu istəmirmi? Ona görə də, qarabağlı ermənilər də anlamalıdırlar ki, Azərbaycan torpaqlarını 30 il işğala məruz qoyan, talan edən xunta-quldur rejiminin sonunu yenə də Azərbaycan ordusu cəmi 44 günə gətirdi. Hər halda Araikin öz ermənilərinə yazığı-filanı gəlmir, gəlsəydi zatən bəlli fikirlərini səsləndirməzdi. Ermənilər isə nədənsə “fil qulağında” yatmağa davam edirlər, amma bir gün gözlərini açanda Azərbaycanın üçrəgnli bayrağının 30 il əvvəl azərbaycanlılardan zorla aldıqları evlərinin damlarında dalğalanacağını görəndə də çox gec olacaq haaa!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə