Şapalaq dərsi: Bakı Paşinyanı özünə gətirilməsinin yolunu bilir KÖŞƏ YAZISI

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bəyan edib ki, Türkiyə məhsullarının Ermənistana idxal edilməsinə qoyulan qadağanın ardınca Ermənistan hökumətinin layihəsində türk mallarının satışının qadağan olunması da yer alıb. Belə ki, müəyyən orqanlar Ermənistana qanunsuz daxil edilmiş türk məhsullarını müsadirə edəcəklər. Daha dəqiq desək, Türkiyə məhsullarının ölkəyə daşınmasına qoyulan 6 aylıq qadağa davam etməklə yanaşı, bu qadağaya satış da əlavə olunur, üstəlik, müsadirə ilə.

Maraqlıdır ki, 6 aylıq qadağanın “əsaslandırılması” Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə əlaqələndirilir. Bu, həmin müddətdir ki, adıçəkilən quruma üzv olan ölkə müstəqil qaydada qadağalar tətbiq edə bilər, lakin uzunmüddətli zaman olarsa, onu qurumun komissiyası ilə razılaşdırmalıdır.

Mövcud addım isə nümayiş etdirir ki, Ermənistan heç də kommunikasiyaların açılışına heç də hazır deyil. Necə deyərlər, əsl erməni yanaşması...

Başqa tərəfdən, bu addım hətta populist də deyil, çünki Paşinyan üçün seçkilər geridə qalıb və publikaya oynamağın heç bir mənası yoxdur. Deməli, bu, məqsədli gedişdir və Paşinyan hökumətinin hansı tərəfə köklənməsinə olan bir işarədir. Bunu onun hökumətinin səlahiyyətli üzvlərinin zaman-zaman “buynuzatan” bəyanatlarından da sezmək olar. Məsələn, Ermənistan XİN-nin yeni rəhbərinin həyasız bəyanatları, sərhəddə gərginliyin yaradılması, ABŞ səfirinin sərhədyanı rayona (Basarkeçərə) səfəri, eləcə də iqtisadiyyat nazirliyinin türk məhsullarına yönəlmiş planları nümayiş etdirir ki, Paşinyan artıq yavaş-yavaş konstruktiv gündəmdən kənara çıxır. Halbuki, bu gündəmi Ermənistana məhz Rusiya təqdim etməsi ilə yanaşı, konstruktivliyin yeganə çıxış yolu olduğunu da təlqin edib.

Diqqət çəkən məsələ həm də budur ki, Paşinyanın seçkilərdə inamlı qalibiyyətindən sonra onun addımları dejavyunu xatırladır. Hələ 2018-ci ildə o Rusiyanın strateji aktivlərinə qarşı hücum planlarını həyata keçirirdi – Cənubi Qafqaz Dəmir Yollarına qarşı cinayət işi, Qazpromda yoxlamalar, elektik şəbəkələrinin milliləşdirilməsi və Metsamor AES-nın təmirinə ayrılan kreditlərdən imtina, KTMT-yə olan hücum, baş katibin həbsi, eləcə də belaruslu Zasın namizədliyinin hərbi alyansda təsdiq olunması təklifindəki birillik imtina və s.

İndi Paşinyan guya daha “müdrikcəsinə” davranır və bu yöndə fəaliyyət göstərməyə başlayıb. Məhz sərhəddəki gərginlikdən sonra Rusiyanın təşəbbüslərinə torpedo zərbələri endirir, üstəlik, qeyd edilənlərlə paralel olaraq Ermənistanın siyasi isteblişmentində KTMT-nin fəaliyyətsizliyi, lazımsızlığı ətrafında diskusiyaların aparılmasına şərait yaradır.

Türkiyə məhsullarının bağlanmasına gəlincə, bu amil Avrasiya İqtisadi İttifaqının Türkiyə ilə yaxınlaşması marağının qaşrısını alır. Bu mənada isə Paşinyan daxili siyasət yanlışıqlarını xarici siyasətə doğru sıçradır və nəticədə onun qarşıdakı aqibəti növbəti dəfə sual altına doğru sürüklənir.

Yəni o, bir dəfə qanun-qaydaları öz istədiyi kimi dəyişməyə cəhd etmişdi, amma nəticədə sifətindən çox güclü bir şapalaq aldı. Hətta belə də deyə bilərik – Bakı Paşinyanı özünə gətirilməsinin yolunu bilir və sınaqdan uğurla çıxmış həmin tətbiqini hər an təkrarlamağa hazırdır...

Bütün xəbərlər Facebook səhifəmizdə