Fransada 14 İyul Milli Gün qeyd edilərkən, paytaxt Paris, yeni növ koronavirus (Covid-19) peyvəndinin məcburi olmasına qarşı çıxan minlərlə insanın təşkil etdiyi etirazlarla qarışdı. Milli Gün hərbi paradının bitməsindən dərhal sonra Covid-19 peyvəndləmə tələbinə və vaksin kartlarının tətbiqinə qarşı çıxan minlərlə insan, "Diktaturaya yox" və "Makrona istefa" kimi şüarlar səsləndirərək yürüşə çıxıb.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron, ölkənin cənub-qərbindəki Montpellier şəhərini ziyarət edərkən etirazlarla qarşılaşmışdı. Makron, daxili siyasət naziri Gerard Darmanin ilə birlikdə təhlükəsizlik siyasətinə dəstəyini göstərmək üçün Montpellier şəhərində olarkən mərkəzi polis bölməsində fərqli bölmələrdən olan polislərlə görüşüb. Elə bu vaxt polis bölməsinin qarşısına toplanan izdiham Makron və Daxili işlər naziri Darmanini bərk narahat edib. İzdiham, polis şiddəti əleyhinə və konstitusiyanın ümumi təhlükəsizlik qanununa etiraz edib. Fransa prezidenti, daha sonra getdiyi La Pailladedə də dövlət qurumunun qarşısında toplanan izdiham tərəfindən istefaya çağrılıb.

Beləliklə dəfələrlə istefaya çağırılan Emmanuel Makron öz kreslosunda qalmaqdadır. Bir çox ekspert və siyasətçi inqilabın baş tutacağını hesablamışdı. Belə görünür ki, o ləngiməkdədir. Bəlkə də mövcud korona virusunun yayılması hadisələrin gündəmini dəyişib. Belə ki, fransız xalqının başı virusa və karantinə qarışıbmış. Təbii olaraq canını ədalətdən çox istəyən bu xalq da karantini meydanlarda yox evində keçirib. Amma görünən budur ki, etirazlar səngiyən deyil, hətta artmaqda davam edəcək.

Fransa Avropa Birliyinin qurucu üzvlərindən biridir və birliyə üzv dövlətlər arasında ən geniş sərhədlərə sahibdir. Ölkə, Birləşmiş Millətlər Təşkilatının da qurucu üzvü, Frankofoniya, G8 Zirvələri, Latın Birliyi və NATO-nun mühüm iştirakçısıdır. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. 360 təsirli döyüş başlığı və 59 nüvə elektrik stansiyası ilə əhəmiyyətli bir nüvə ölkəsidir.

İndi isə bu cür mühüm mövqeyə sahib ölkədə inqilab olması ehtimalında dünyanın necə çalxalanacağını düşünək. Belə ki, xaos zamanı həmin nüvə başlıqlarının əmin əllərdə olması çətin məsələ kimi görünür. Hələ inqilabdan sonra hakimiyyətə daha da sağ yönlümü hakimiyyətin gəlməsini nəzərə alaraq dünya müharibəsi ehtimalını da dəyərləndirmək olar. Belə ki, fransız xalqı 2-ci dünya müharibəsində müqavimətsiz faşist çevriliş etmişdir. Bu fakt fransız və dünya tarixi çərçivəsində ört-basdır edilməyə məruz qalsa da çoxları tərəfindən bilinir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə