Zombi sürüsü yeni mitinqlərdə nə görür?

Son günlərdə sosial şəbəkələrdə müxalifətin yeni mitinq keçirəcəyi ilə bağlı planlar paylaşılır. Xaricdə oturan “Küfürbaz youtuber"lər də onların sıralarına qoşulub müxalif şüarlar səsləndirirlər. Maraqlısı budur ki, başı dövlətinin ərazi bütövlüyünə, inkişafına qarışan hakimiyyətə hansı tənqidləri etmək olar? Görəsən onlar deməyə nələrsə tapacaqlar? Şübhəsiz ki, bəli. Belə ki, indiyədək hakimiyyəti günahlandırmaq üçün hər bir fürsəti dəyərləndirən, siyasi cəhətdən ölü bir müxalifətimiz var. Bəlkə də onlar sırf canlı görünmək üçün mitinqlərə qoşulub gəzişirlər. Bu cəhətdən onları canlı ölü - zombi də adlandırmaq olar. Beləliklə bu zombi sürüsü yenə də küçələrə axışıb öz viruslarını yaymağa hazırlaşır.

Müxalifətdə olan partiyalara normativ yanaşaq. Onlar iqtidar partiyaların işini müşahidə və nəzarət altında saxlamalı, sağlam və əsaslı tənqidlər etməlidir. Yeri gəldikdə isə onlar kompromis göstərərək koalisiyalar yaradıb, seçkilərdə potensial olaraq qalib gələ bilən birlik yaratmalıdırlar. İndi isə onlara empirik baxış çərçivəsindən nəzər salaq. Yəni onlara “necədir?”, “nədir?” suallarını verək. Onlar əsassız tənqidlər edirlər, böhtanlar atırlar öz dövlətlərinin ayağını çəkməyə çalışırlar. Həm də onların bir çoxu "5-ci kalon" kimi fəaliyyət göstərərək hər fürsətdə agent fəaliyyəti göstərirlər. Digər bir qismi isə xalqa onların eşitmək istədiklərini deyərək tamamilə populist fəaliyyət göstərirlər. Lazımsız zamanlarda öz toplanma azadlıqlarından istifadə edərək ictimai asayişi pozurlar.

Müxalifətin bütün bu cəhətlərini bir ad altında birləşdirmək olar. Onlar bir zombi sürüsü kimi xaos, infeksiya, şüursuzluq daşıyıcısıdırlar. Mənə elə gəlir ki, bu canlı ölülər evdə qalıb çürüməsinlər deyə, arabir meydanlara çıxıb kütləvi şəkildə gəzişirlər. Beləliklə bu şüursuz varlıqların gətirdiyi yeganə təhdid öz infeksiyalarını yayıb, sürülərini böyütməkdir.

Sorğulamaq lazımdır ki, sosial şəbəkələrdə öz səslərini kifayət qədər yayan bu kütlələr, hansı pozulmuş söz azadlığından danışırlar? Belə ki, ən sıravi adamın da diqqət mərkəzinə düşə biləcəyi sosial media qala-qala, onlar ötən əsrlərin ənənəsindən çıxmayaraq meydanlara axışırlar. Deməli müxalifətin məqsədi səsini yaymaq yox, çaxnaşmalar yaratmaqdır. Bu çaxnaşmalar isə böyük ehtimalla onları maliyyələşdirən xarici qüvvələrin məqsədidir. Deyə bilərik ki, onlar bütün növ zərərvericlərə dəstək olur. Terror təşkilatlarından tutmuş müxalif partiyalara kimi. Digər tərəfdən isə hansısa partiya zərərverici həddə çatdıqdan sonra öz varlığını dayandırmaq yerinə xarici, mənfəətcil kapital axtarırsa öz adını xainlər sırasına yazdırır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə