Maddi mədəniyyət və onun antropoligiyaya təsiri

Ümumilikdə mədəniyyəti iki formada anlaya bilərik və bunlardan biri də maddi mədəniyyətdir. Əslində hər nə qədər maddi və mənəvi mədəniyyət bir-birlərinə daxil olub vəhdət təşkil etsələr də məsələn, möhtəşəm bir memarlıq abidəsi maddi mədəniyyət sayılsa da onda həm də estetikasına görə mənəvi mədəniyyətin də xüsusiyyəti vardır, beləliklə onları müəyyən cəhətlərə əsasən ayırmaq olar. Əgər maddi mədəniyyətin açıqlamasını verməli olsaq deyə bilərik ki, insanların istehsal fəaliyyətinin nəticəsi, insan zəkasının məhsulu olaraq meydana gələn nə varsa hamısı maddi mədəniyyətə aiddir - geyim, əmək əşyaları və s. Buraya cisimlərin istifadəsi, istehlakı, yaradılması və ticarəti daxildir. Buraya alətlər, silahlar, qablar, maşınlar, bəzək əşyaları, sənət əsərləri, binalar, abidələr, yazılı qeydlər, geyimlər və insanlar tərəfindən istehsal olunan və ya istifadə edilən hər hansı digər düşünülən əşyalar daxildir. Tarix boyu insanların düşünməsi nəticəsində istehsal etdiyi məhsullar hal-hazırda millətlərin mədəniyyətlərinin fərqli olmasının səbəbidir. Maddi mədəniyyət hazırkı antropoloji yanaşmalarını daha aydın şəkildə araşdırmağa imkan verir. Maddi mədəniyyət anlayışları yarandığı gündən bəri antropologiyada əsas yer tutur.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə