Neqativ azadlıq digər insanların müdaxiləsindən hər cür azad olmaqdır. İlk növbədə xarici məhdudiyyətdən azad olmaq və pozitiv azadlıqla zidd olmaqdır. Mənfi azadlıq konsepsiyası, ən çox liberal-demokratik cəmiyyətlərə xas olan hərəkət azadlığı, din azadlığı və söz azadlığı kimi konstitusiya azadlıqlarının liberal müdafiələrində və paternalist və ya moralist dövlət müdaxiləsinə qarşı irəli sürülür. Bəzi hallarda özəl mülkiyyətin mənfi azadlığı artırdığı iddiası ilə etiraz etsələr də, tez-tez özəl mülkiyyət hüququnun müdafiəsində dururlar. Neqativ azadlıq nəzəriyyəçiləri azadlığı müdaxiləsizlik kimi başa düşüb, iddia edirlər ki, fərdin azadlığı o zaman məhdudlaşır ki, başqa birinin müdaxiləsi ucbatından onun hansısa hərəkəti icra etməsi fiziki olaraq qeyri-mümkün olur. Müdaxilə müxtəlif formalarda, məsələn, məcburetmə, təhdid, gözlənilən reaksiya və ya manipulyasiya şəklində həyata keçirilə bilər. A-nın hərəkəti o vaxtı məhdudlaşır ki B bilərəkdən ya da bilməyərək, dolayı və ya bir başa yolla ona mane olur. Başqa sözlə ifadə etsək, insan yalnız və yalnız başqasının müdaxiləsi nəticəsində qeyri-azad ola bilər. Cəmiyyətdə neqativ azadlıq daha mühümdür. Azadlığın təbiətini bu iki nəzəriyyə arasında ən yaxşı təsvir edən neqativçilərdir, çünki pozitivçilərin bu anlayışa tərif verərkən istifadə etdikləri söz və söz birləşmələri azadlığın təbiətini dolğun şəkildə izah edə bilmir. Azadlıq anlayışına görə fərd bir aktı icra etmək baxımından o zaman azaddır ki, o, həmin aktı icra etməyə qadirdir və aktın icra edilməsi baxımından heç kəs ona müdaxilə etmir.
Məsələn polis bir vətəndaş siyasətdə açıq iştirak edə bilmir. Mitinqlər də də aktiv ola bilmədiyi üçün toplaşmaq azalığını da itirir. Bu onun neqativ azadlığının pozulmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə