Sosializm iqtisadi və sosial sistemləri əhatə edən iqtisadi, sosial və eyni zamanda siyasi fəlsəfədir. SİA-nın verdiyi məlumata görə, bu ideologiyanın izahına ümumi olaraq sosial, ictimai mülkiyyət kimi amillərlə başlaya bilərik. Çünki başqa heç bir tərif bu anlayışları tam əhatə etmir. Bu ideyalogiyanın əsas fikir adamı alman filosofu Karl Maks hesab olunur.

Bu ideologiya əsasən bərabərlik anlayışını təmsil edir. Eyni zamanda iqtisadi və sosial sahələrdə rifahın dövlət qərarları ilə təmin ediləcəyini müdafiə edir. Buna görə də sosializmə görə bütün istehsal vasitələrinin hökmranlığı da xalqa məxsus olmalıdır. Beləliklə işçilərin də idarəetmədə iştirak etmələri hədəflənir.

Sosializm, bu tələblərə uyğun olaraq təhsil, kənd təsərrüfatı, səhiyyə və vergi islahatları üzərində dayanan siyasi və iqtisadi bir nəzəriyyədir. Bu cərəyan şəxsi mülkiyyətin tam və ya qismən sıradan çıxmasını dəstəkləyir. Sosializmə görə ortaq və bərabər hüquqlara sahib ola biləcəyiniz vurğulanır. Ümumi olaraq, sosializmdə fərd anlayışı yox cəmiyyət anlayışı əsas götürülür.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə