Məlum olduğu kimi, artıq Rusiya Ermənistandakı hərbi mövcudluq əhatəsini böyüdür və bu addım belə qiymətləndirilir ki, məqsəd Azərbaycanla sərhədlərdə müdafiə məntəqələri yaratmaqddan ibarətdir. Lakin söhbət müdafiə məntəqələrindən getsə də, əslində reallıq başqadır, yəni orada tamşəkilli hərbi baza istifadəyə veriləcək. Diplomatik tərzdə bu genişləndirmə adlandırılır və fakt budur ki, artıq bu söhbət ətrafında digər məsələlər üzə çıxmağa başlayır. Daha dəqiq desək, hədəf Ermənistanda, daha doğrusu, Azərbaycanla sərhəd ərazilərdə hərbi baza qurmaqdır. O da əbəs deyil ki, bununla bağlı müzakirələrə Rusiyanın aparıcı hərbçiləri, diplomatları və digər dövlət məmurları qatılıblar.
Nəyə görə rus hərbi bazası məhz Azərbaycanla sərhəd zolağında yaradılır?
Hələ bir müddət əvvəl, Ermənistanın oyuncaq müxalifəti, yəni Paşinyanın əlinə oynayan Edmon Marukyan çıxışlarının birində ortaya bu mövzunu ataraq “təşəbbüslə” çıxış edib və Ermənistanda 102-ci bazadan sonra Rusiyaya məxsus ikinci hərbi bazanın da yaradılması vacibliyindən danışmışdı.
Artıq bu gün, Nikol Paşinyanın növcbəti dəfə ali posta yüksəlməsindən sonra sözügedən plan realizə olunmağa başlayıb. Əgər belədirsə, ikinci hərbi bazanın açılması nəyə xidmət edir və Kreml əslində nə əldə etməyə çalışır?
Dərhal qeyd edək ki, cərəyan edən situasiya azərbaycanlılarda haqlı olaraq anlaşılmazlıqlar və suallar yaradır– nəyə görə rus hərbi bazası məhz Azərbaycanla sərhəd zolağında yaradılır?
İkibaşlı oyun oynanılarsa, zərər çəkən biz, yəni Azərbaycan olmayacaq!
Belə çıxır ki, Moskva Azərbaycana qarşı düşmən dövlət kimi baxır? Diplomatiya dünyasında müvafiq situasiyalar məhz bu cür izah olunur.
Onda digər bir sual yaranır – axı Qarabağda müharibə başa çatıb. Ərazilər Azərbaycanın nəzarəti altındadır. Qarabağ regionunun kiçik bir hissəsi isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə verilib. Həmçinin, bu gün bütün unisonlar nəqliyyat kommunikasiyalarının açılmmasına köklənib və Bakı israrla sülh müqaviləsinin imzalanmasını, sərhədlərin delimitasiyasını və demarkasiyasını tələb edir. Bəs nəyə görə bu təşəbbüsləri dəstəklədiyini bəyan edən Rusiya paralel olaraq müharibə səbəbindən əzilmiş regionda militarizasiya siyasətini də aparır?
Bu sualların cavabının Moskvadan veriləcəyinə ümid edirik və ona da ümid edirik ki, ikibaşlı oyun oynanılarsa, zərər çəkən biz, yəni Azərbaycan olmayacaq!
P.S. Görünür, Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi bəzilərini yamanca cırnadıb...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB