Bəs Ermənistanda demokratik seçkilər və hakimiyyət var idi?!
Ermənistanda baş tutan (bəlkə də tutmayan) növbədənkənar parlament seçkiləri ilə bağlı səs-küylər bitib-tükənmək bilmir. Seçki məntəqələrində taburetlərin havalarda uçuşmasından başlayaraq ta ki, seçicilərlə məntəqə komissiyaları arasındakı əlbəyaxa döyüşlərin qeyri-rəsmi şəkildə həyata keçirilməsi kənardan bir gerçəkliyi izhar edirdi – bu ölkədə demokratiyadan, insan hüquqlarından, konstitusion dəyərlərdən ümumiyyətlə danışmağa dəyməz. Əgər Nikol Paşinyanın əlində oraq, Robert Koçaryanın da əlində çəkic vurhavurla seçkilərə gedilirsə, onu seçki deyil, tamamilə başqa cür adlandırmaq daha uyğun olardı. Bir məşhur filmimizdə səslənən meyxanada deyildiyi kimi: kim-kimədir, kim-kimə, şim-şimədir, şimşimə...
AXCP-nin baş siyasi bülbülü
Saxtakarlıqların da sayı nəmxuda bir deyildi, iki deyildi, saysız hesabsız idi. Hərbçilərə hazır bülletenlərin verilməsindən tutmuş, “karusel” əməliyyatlarına qədər hansı oyunbazlığı desəydik, Ermənistandakı parlament seçkilərində gördük.
Hələ bu harasıdır? Səsvermə məntəqələrindəki kabinələrdə hazır seçilmiş bülletenlər sıra ilə düzülüb, üstəlik bir çox səsvermə zərflərindəki bülletenlər cırılaraq onların üzərinə “eşşək” və s. zooifadələr belə yazılmışdı. Bütün bunlar isə bir daha sadə erməni seçicisinin seçkilərə olan münasibətini və saxtakarlıq faktlarını üzə çıxarmış oldu.
İndi gələk AXCP-nin baş siyasi bülbülü Əli Kərimlinin istər seçkilərdən əvvəl, istərsə də seçkilərdən sonrakı erməni aşiqliyi məsələsinə. Yəni kor-kor, gör-gör idi ki, seçkilərdə ciddi saxtakarlıqlara yol verilib və Əli də dərhal sevimli internet bağlantısına çıxaraq başlayıb Ermənistandakı seçkiləri bəh-bəhlə tərifləməyə. Bu təəccüblü görünməməlidir.
Məsələn, Paşinyan hakimiyyətə gələr-gəlməz Əli Kərimlinin ipli kuklası, “Milli Şura”nın guya ki, sədri Cəmil Həsənli onu “təmiz, namuslu adam” adlandırdı, təbii ki, AXCP sədri də ona züy tutdu. Sonra isə həmin o Paşinyan Şuşada rəqs etdi, Araikin “prezidentliyini” orada qeyd etdi, üstəlik müharibə zamanı dinc şəhərlərimizə raket zərbələrini endirmək əmrini verdi. Görəsən, indi Cəmil və Əli abırlarına qısıla bilirlərmi? Əsla! Çünki abır nədir, heç şərəf və vicdanları belə yoxdur onların və bu, birmənalıdır. Elə belələrinin yanlarında olmağın özü də abırsızlıqdır daaa...
“Duxu” çatırsa bircə dəfə (!) Ermənistandakı seçkiləri tənqid etsin
İndi Əli Kərimliyə bu sualın verilməsi zamanıdır ki, nooldu Əli Kərimli, bəs deyirdin, Ermənistanda demokratiya qalib gəldi, seçkilər demokratik keçdi???
Bir tərəfdən də qınamaq istəmirəm ki, Əli Kərimli elə əvvəldən Azərbaycana qarşı qənim kəsilmiş Qərbli ağalarının qarşısında təzim edən nökərdir və onların atdığı sür-sümüklə qidalanır. Ona görə də düz söz deməyə dili çönmür. Belə bir çətin vəziyyətdə ona başqa kim sür-sümük atacaq ki? Soros ağası, yoxsa erməni lobbisindəki erməni məlikləri? “Duxu” çatırsa bircə dəfə (!) Ermənistandakı seçkiləri tənqid etsin, ya da 44 günlük müharibədə bütün siyasi partiyaların imzaladıqları bəyanata o da imza atsın və ya Şuşa Bəyannaməsinə də dəstək göstərsin, edə bilərmi? Edə bilməz! Dərhal və qeyd-şərtsiz tullayarlar onu elə bir dərəyə ki, daha heç vaxt oradan çıxa bilməz. Bəs nooldu Kərimli, buna nə deyirsən ay siyasi bədbaxt?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB