Ermənilər səs verdi, Putin qazandı, vəssalam...

Artıq Ermənistandakı seçkilər bitdi və müharibədən, ağır məğlubiyyətdən və öz övladlarının başqa torpaqlarda gəbərməsindən cana doyan ac-yalavac erməni əhalisi müharibə partiyasına “dur” dedi. Açıq-aşkar Nikol Paşinyanı ən çoxbilmiş ermənişünas adlandırmaq mümkündür. Keçmiş jurnalist olan bu adam qətiyyən təsadüfi seçilib siyasi səhnəyə gətirilməyib. Siyasətdə təsadüf heç nə olmur, qətiyyən. Elə qaniçən Robert Koçaryan da seçkilərdəki rolunu əla oynadı və bir daha Moskvaya bütün situasiyalarda lazım olacağının anonsunu verdi.

Budur, R.Koçaryan V.Putinin planlarında hətta yardımcı rollara belə uğurla dublyorluq etdi və yəqin ki, siyasi hədiyyəsini də yaxın aylarda artıqlaması ilə almış olacaq. Bəli, R.Koçaryan V.Putinin yeni ssenarisində N.Paşinyana müxalif obrazda oynadı və erməni cəmiyyətinin müharibədən daha çox nifrət etməsinə və beləliklə, əsl Putin layihəsi olan N.Paşinyana dördəlli sarılmasına dəstək vermiş oldu, vəssalam!

N.Paşinyan və layihə müəllifləri 30 ilə yaxındır müharibə klanının bərbad günə qoyduğu ac-yalavac Ermənistanı yaxşı analiz ediblər və əhalinin, hətta ağır məğlubiyyətə belə baxmayaraq onu dəstəkləyəcəyinə əmin olublar. Moskva öz alçaq təbəəsini hamıdan yaxşı tanıyır və hansı genə sahib olduqlarından tam əmindir. Onsuz da başqa torpağında uzun müddət duruş gətirməyin mümkünsüzlüyünü indi ermənilərdən başqa yaxşı bilən kimsə yoxdur. Xüsusilə, Azərbaycanın qarşısıalınmaz dərəcədə güclənməsi və ölümcül silah arsenalına sahib olması hər bir erməni ailəsində yeni övlad itkisi üçün ciddi siqnaldır. Bunu bütün erməni siyasi elitası da əla bilir.
Amma Ermənistandakı tamaşanın ən böyük rejissorunu alqışlamaq gərəkdir. Kremlin balacaboy sahibi Vladimir Putin N.Paşinyanı Soros köpəyi adlandırıb, onun Moskvanın üzünə ağ olduğu üçün qaniçən Robert Koçaryanla cəzalandırılacağını bağıranlara əla bir DƏRS keçdi.

Hər şey əziz Vladimir Vladimiroviçin planına uyğun olaraq reallaşdı. Halbuki müharibə vaxtı bir çoxları Kremlin N.Paşinyanı cəzalandırmaq və hakimiyyətdən salmaq üçün guya müharibəyə “dobro” verməsi barədə eninə-boyuna bağırıb yazırdılar. Sanki N.Paşinyan yüz illərdir Moskvanın bölgədəki cəza köpəyi kimi ad çıxaran əlaltı bir respublikada Rusiyanın iradəsinin əleyhinə yürüşlər edərək hakimiyyətə gəlmişdi və bundan şoka düşən Kreml onun “dərsini” vermək üçün zəncir gəmirirdi. Həttda bir çoxları lap qabağa gedərək, N.Paşinyanın Corc Soros və Qərb layihəsi olduğunu, Ermənistanı Rusiyanın təsirindən qurtarıb qərbə inteqrasiya etdirəcəyini yazırdılar. Sadəcə yazırdılar, vəssalam...

Ermənistanı Moskvanın təsir dairəsindən qurtarmaq, birbaşa Qərb köpəyinə çevirmək, daha sonra elə Moskvanın özünə qarşı “işlətmək”. Yüz illər boyu rus çəkməsinə yalaqlıq edən, Qafqazda rus köpəyi imicini qazanan Ermənistanı Moskvaya qarşı qoymaq, sadəcə fantastikadır, vəssalam. O qədər gülünc və nağıl dolu məntiqsizlikdir ki, adam söz belə tapıb deyə bilmir. Nə qədər ciddi “politoloq”, “siyasətşünas” olasan ki, yüz illər boyu Rusiyanın köpəyi olan, Rusiyasız yaşamaq imkanı olmayan, ərazisində rus hərbu qüvvələri yerləşdirilən və Moskvanın “əli” cəmi bir saat üstündən çəkilsə, daima rusa arxalanıb pislik etdiyi, torpaqlarını qamarladığı ən yaxın qonşuları tərəfindən yer üzündən silinmək təhlükəsi yaşayan bir ölkənin Rusiyaya “kəllə atmasını” düşünəsən? Bu, qəti mümkün deyil. Bunu hamıdan gözəl ermənilər bilir və onlar da V.Putin planının bir hissəsi olduqları ilə çoxdan barışıblar. Hə, seçkidən sonra R.Koçaryan hay-küy salacaq, pəncərə-şüşə qıracaq, polisə hücum edəcək, bu da soyulan dananın quyuğu olacaq, başqa heç nə...

Başqa nə edəcəklər ki? İrəvanda qan tökəcəklər, yoxsa V.Putinin layihəsinə qarşı çıxıb Azərbaycana hücum edəcəklər? R.Koçaryan İrəvanda 1999-cu və 2008-ci illərdə törətdiyi qırğının təkrarını ancaq yuxuda görə bilər, başqa heç nə.

Onlar əla anlayır ki, Moskvanın maraqlarına əks olaraq hazırkı situasiyada müharibə anonsu versələr, o zaman Azərbaycan topları İrəvanı cəhənnəmə çevirəcək vəssalam. Çünki V.Putin ona qarşı baş qaldırılmasını, ona qarşı edilən heç bir səhvi qəti bağışlamır. Qaldı R.Koçaryanın və onun müğənni gəlinin müharibə çağırışlarına, bu, sadəcə, N.Paşinyanın daha cazibədar formada seçkilərdən qalib çıxmasına, onun müharibədən sonrakı əzik obrazını canlandırmağa və seçkilərdən sonrakı siyasi layihələr üçün diri tutulmasına hesablanıb, bu qədər. R.Koçaryan ermənilərə real yolu göstərmək üçün bir vasitədir, başqa heç nə. Bəli, R.Koçaryan Moskvanın yaxın adamıdır, sübutunu da yuxarıda izah etdim. Amma... amma V.Putinin seçimi R.Koçaryan deyil, N.Paşinyandır. Ermənilər səs verdi, yenə əziz Putin qazandı, vəssalam!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə