Sokratın məhkəməsi - KÖŞƏ YAZISI

2480 il əvvəl yaşamış məşhur filosof Sokrat da ədalətsiz mühakimə olunduğu üçün edama məhkum edilmişdi.

Sokratı Tanrılar Tanrısı Zevsə inanmadığı, "Günəşin" bir daş, "Ayın" bir torpaq parçası olduğunu təbliğ etdiyi üçün edam edəcəkdilər. Eyni zamanda onun gəncləri pozduğu da iddia edilirdi. 500 hakimdən 220-si ona "günahkar" deyərkən 280 hakim "günahsız" olduğunu hesab etdi.

Sokrat hakimlərin ölüm hökmünü sakitcə dinləyir və acı bir şəkildə gülümsəyir: “Bir az gözləsəydiniz, təbiət qanununa görə ölümümün vaxtı çatardı. Gördüyünüz kimi yaşlıyam, 70 yaşım var. Bu uzun bir ömürdür. Bu gün dünyamızda az adam 50 yaşını görür. İndi hamınıza deyil, yalnız məni ölüm cəzasına məhkum edənlərə deyirəm: istədiyiniz kimi danışmaq və yaşamaqdansa, özüm kimi danışaraq ölmək istərdim. Sizə, qatillərimə bildirirəm ki, bu dünyadan getməyimdən dərhal sonra sizi verdiyiniz cəzadan daha böyük bir cəza gözləyir. Məni öldürdünüz ki, ittihamçınızdan qaça və həyatınız üçün bir hesab verməyəsiniz. Ancaq nəticə gözlədiyiniz kimi olmayacaq, tamamilə fərqli olacaq. İnsanları öldürməklə, yanlış həyatınızı qınamasına mane ola biləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Bu qaçış yolu nə mümkündür, nə də şərəflidir. Fikirləri, düşüncələri öldürə bilməzsiniz! Ən nəcib qurtuluş yolu başqalarını yox etmək deyil, özünü dəyişdirməkdir”.

Bu şəkildə danışan Sokrat, ölümün əslində yaxşı bir şey olduğunu düşünür, "Buna ümid etmək üçün çox yaxşı bir səbəb var" deyir və davam edir: "Ölüm iki şeydən biri olmalıdır: Ya bir boşluq, ya da böyük bir sükunət. Və ya necə deyərlər, ruhun köçməsi, bu dünyadan başqa dünyaya keçidi.

Ölümü, heç bir şeyin eşidilmədiyi, xəyalların belə narahat etmədiyi bir yuxu kimi düşünürsənsə, ölüm sizin üçün bir qazanc olacaq. Əgər iddia edildiyi kimi həqiqətən bir axirət həyatı varsa, o dünyada nə olursa olsun düşünmək və sual vermək üçün bir insanı öldürməzlər.

Məni ölümə məhkum edənlərdən incimirəm. Hər insan yaradılışında safdır. Hər pislik cəhalətdən qaynaqlanır! Cahil insanlar özlərinə belə düşməndirlər. Başqalarına yaxşı münasibət göstərmələrini necə gözləmək olar?

Yalnız bir yaxşı şey var: Bilik. Yalnız bir pis şey var: Cəhalət!

Əslində onlar heç olarkən böyük bir adam kimi davranırlar. Mənə heç bir zərər vermədilər. Məni məhkum etməkdə məqsədləri pislik etmək olsa da, yenə də mənə yaxşılıq etdiklərini düşünürəm. Mənim üçün ən yaxşısı indi ölmək və problemlərdən qurtulmaqdır.

Ayrılmaq vaxtı gəldi və hamımız ayrı yollarla gedirik. Mən ölürəm, siz yaşayırsınız. Hansının daha yaxşı olduğunu yalnız Tanrı bilir! ”

"Sən haqsız yerə edam edilirsən" arvadı deyir.

Sokrat: "Bəs necə? Məni haqlı olaraq edam etsəydilər daha yaxşı olardımı? ” deyir.

Dövrünün ən müdrik adamı olmasına baxmayaraq Sokrat, "Bildiyim tək şey, heç bir şey bilməməyimdir" deyir .

“Dünya heç bir şey bilməzkən, bildiyini düşünən insanlarla doludur. Bütün pisliklər və haqsızlıqlar cəhalətdən doğur. Haqsızlıq etmək, haqsızlığa məruz qalmaqdan daha ağrılıdır”.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...