Avropa İttifaqı kimə qarşı sanksiya qəbul etməlidir? KÖŞƏ YAZISI

Ermənilər öz ənənəvi düşüncə tərzləri ilə hələ də elə sanırlar ki, bütün dünya onların “nazı” ilə oynamalıdır və hətta dünyanın istənilən nöqtəsində baş verən müxtəlif olayları dərhal özləri ilə müqayisə edirlər. Bu dəfə onlar özlərini Belarusla əlaqələndiriblər. Daha dəqiq desək, içində müxalifətçi (əslində isə qiyamçı və təxribatçı) olan təyyarənin endirilməsi məsələsində özlərinə əl qatıblar ki, necə olur, içində müxalifətçi olan təyyarə endirilər-endirilməz Avropa İttifaqı dərhal sanksiyalar qəbul edir, amma 44 gündə işğalçı, terrorçu, cəllad və qatil erməni quldurlarının burunları əziləndə, Azərbaycan öz torpaqlarını azad edəndə eyni addım atılmadı, yəni sanksiya verilmədi? Bəli, buna həyasızlıq deyilir ki, o da təəssüf ki, taleyin hökmü ilə bizə qonşu olan ermənilərin əbədi xislətlərində mövcud olan məsələdir. Erməni millətçi şovinistləri hələ də elə sanırlar ki, Ermənistan dünya üçün vacib bir məkandır.

Yeri gəlmişkən, o da əbəs deyil ki, tibb elmində ayrıca olaraq erməni şizofreniyası deyilən xəstəlik haqqında bəhs olunur. Məhz bu şizofreniya erməni millətçi-şovinistlərinə ətrafda baş verənlərə etina etmədən yalnız öz psixiki xəstəlikləri çərçivəsində hərəkət etmələrinə imkan yaradır. Bu baxımdan, 44 gündən sonra (hətta əvvəllər də) bu məxluqlar hesab edirlər ki, onlar “günahsız keçi”, bizlər isə “aqressoruq”...

Yaxud, daşnaklar deyirlər ki, ədalət yoxdur, və əslində, düz deyirlərmiş! Ədalət ona görə yoxdur ki, Ermənistan 30 il boyunca Azərbaycanın torpaqlarını işğala məruz qoyublar, milyondan çox azərbaycanlıları öz tarixi torpaqlarından qovub-çıxarıblar, Qarabağda hər şeyi hər yerdə talan ediblər... Və bu vəhşiliklərə qarşı bir dənə də olsun sanksiya irəli sürülməyib. Bax, buna görə ədalət yoxdur.

Bəs Azərbaycana qarşı nəyə görə sanksiya irəli sürülməlidir? Ona görə ki, öz torpaqlarını azad edib? Terrorçu və quldur dəstələrini ərazilərindən qovub? Sanksiyaları buna görəmi tətbiq edəcəklər Azərbaycana?

Və...

Və bu gün dünyanın düzəni dəyişir və Ermənistanın saldığı hay-həşirlərə, isterikalara hər kəs gözünün ucu ilə də olsa baxmır. Çünki Ermənistan bugünə qədər dünyaya o qədər yalanlar danışıb ki, artıq kimsənin onlara inamı-etibarı qalmayıb. İndi hər kəs bilir ki, əgər Ermənistan onun “xətrinə” dəyildiyini deyirsə, demək ki, hər şey tam əksinədir. İndi, Avropa İttifaqı kimə qarşı sanksiya irəli sürməlidir?

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə