Əli Kərimlinin yeni divident qazanmaq istəyi

Yenə də satqınlar "kadrosu", feyzbuk xəstəsi cinayətkar AXCP sədri Əli Kərimli STM-in sorğusunu "Gerçəkliyi əks etdirmir" deməsi bir daha nə qədər rəzil, mənəviyyatsız, ən əsası isə əxlaqsız olduğunun nümayiş etdirməsidir. Sən Əli Kərimli torpaqlarımız düşmən Ermənistana verərək, igid oğlullarımız torpaq yolunda canlarından keçərək şəhid olaraq torpaqlarımızı azad ediblər. Və bu gün dövlətimizin rəhbərinin nəinki torpaq yolunda şəhid olanlara, bütünlüklə hər bir vətəndaşının Prezidenti olduğunu son 17 il ərzində görüb. Ancaq sosial şəbəkələrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri adından istifadə edib siyasi divident qazanmağa çalışan AXCP sədri Əli Kərimli, guya ki, bu kateqoriyadan olan insanlara, şəhidlərə cəmiyyətimizdə biganə münasibət var, dövlətin onlar üzərində heç bir qayğısı və diqqəti yoxdur.

Real siyasət meydanında iflas olmuş AXCP sədri Əli Kərimlinin virtual aləmdə müxtəlif məsələlərlə bağlı manipulyasiya edib siyasi divident qazanmasını özününün fəaliyyət fəlsəfəsinə çevirməsi heç kəsə sirr deyildir. O da sirr deyil ki, "Yurd" şefi anti-Azərbaycan dairələrindən aldığı direktivlərə uyğun olaraq öz aləmində ictimai şüurla oynamağa cəhd göstərməklə, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmağa çalışmaqdır. Ancaq bu gün sosial şəbəkələrdən istifadə edən gənclərdən “Əli Kərimli kimi satqınların cavabı verilməlidir” çağırışı edilib.

Ramil Vəlibəyov adlı sosial şəbəkə istifadəçisi status paylaşaraq yazıb ki, Qarabağ müharibəsi xalqımızın ən ağrılı yarasıdır. Bu müharibədə şəhid olan, yaralanan, əlil qalan insanlar isə qürurumuz, cəmiyyətimizin həssas üzvləridir. Hansısa toplantıda, yaxud məclisdə içəri bu kateqoriyadan olan insan daxil olarsa qeyri-ixtiyari gənclər və digərləri ayağa qalxırlar, onlara yer verirlər. Çünki bu, Azərbaycan xalqının mənəvi-əxlaqi keyfiyyətlərindən irəli gələn məsələdir: “Lakin çox təəssüflər olsun ki, bu gün bəzi antimilli ünsürlər, radikal müxalifət nümayəndələri, xüsusilə də AXCP sədri Əli Kərimli bu kateqoriyadan olan insanların problemlərini öz maraqlarına uyğun şəkildə qabartmaqla, siyasiləşdirməklə həm ictimaiyyət arasında çaşqınlıq yaratmağa, həm bu kateqoriyadan olan insanlarla dövlət arasındakı münasibətlərə kölgə salmağa, həm də sosiumda Qarabağ müharibəsi ilə bağlı fikirlərə mənfi psixoloji nöqteyi-nəzərdən qiymətin verilməsinə cəhd göstərir. Düşünürəm ki, bundan sonra heç kəs susmamalıdır. Nəinki gənclər, hətta Qarabağ müharibəsi əlilləri, şəhid ailələri susmamalı, Əli Kərimli kimi satqınların cavabını verməlidir ki, bir daha o bu kateqoriyadan olan insanların heysiyyatına toxunmasın, onların adından istifadə etməsin”.

Sevinc Abdullayeva qeyd edib ki, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin adından danışmaq Əli Kərimliyə düşməz: “Çünki bu satqının təmsil olunduğu hakimiyyətin sayəsində ermənilər torpaqlarımızı işğal etdilər, Qarabağ boyda dərdi bizim üçün yaratdılar. Ar olsun...”.

Azərin Rəşidova adlı istifadəçi yazıb ki, bu antimilli ünsür üçün Vətən, dövlət və xalq anlaşıyı yoxdur: “Onun üçün əsas xaricdən gələn qrantlar və ölkəmizdə qarışıqlığın yaradılmasıdır. Sənin nə işin var Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə? Onsuz da bu ölkəyə çox zərbələr vurmusan”.

“Əli Kərimlinin bu təbəqədən olan insanların adını anmağa belə haqqı yoxdur” - deyən Lamiyə Rövşənqızı qeyd edib ki, dövlətimiz hər bir vətəndaşının arxasındadır. Bu günədək müharibə adamlarına hansı qayğı göstərilibsə, bundan sonra da o qayğı göstəriləcək.

Müharibə iştirakçıları isə, bu çağırışından əsəbləşərək Əli Kərimlinin satqınlığı üzündən işğal olunana torpaqlarımızın azad olunması yolunda şəhid, əlil olanların adından danışmağa nə haqqın var? Müharibə iştirakçısı Fuad Salahov bildirib ki, biz Qarabağ əlilləri, veteranları və şəhid ailələri torpaqlarımızın suverenliyi uğrunda canımızı qoymuşuq, əzizlərimizi, doğmalarımızı itirmişik: “Əli Kərimli kimdir ki, bizə ağıl öyrətsin. Bir dəfə “cəbhə” hakimiyyətə gəldi, olanımızı taladı, torpaqlarımızı satdı. İndi nəyimizi satmağa çalışır? Heydər Əliyev kaş ki, 1990-1991-ci illərdə gələrdi hakimiyyətə. Onda nə torpağımız gedərdi, nə də qız-gəlinimiz erməni əlinə keçərdi. Bir döyüşçü kimi deyirəm ki, Şuşanı Ramiz Qəmbərovu, Mikayıl Gözəlovu öldürdükdən sonra başına buxara papaq qoyan bəylər verdilər. “Cəbhə”nin vaxtında yadımızdan çıxıbmı ki, küçələrdə asudə gəzmək də olmurdu...”.

Mərdan Şahıyev adlı istifadəçi nöqtə sayıla biləcək paylaşım etməklə fikirlərini açıq şəkildə ortaya qoyub: “AXCP yarandığı gündən Əli Kərimov kimi simasını itirmiş birinə görə o partiyada adam qalmayıb. Kim özünə hörmət qoydusa, o partiyadan uzaqlaşdı. Xarici havadarlarının və aldığı qrantların hesabatını vermək üçün Əli Kərimov yenə “qotur salmış dana kimi” qaşınır... Ay Əli Kərimli, sən hansı üzlə qabağımıza çıxa bilərsən? Yaddaşın pozulubsa, 1990-cı il hadisələrini görmüş insanlar hələ də yaşayır. İstifadə etdiniz, hakimiyyətə gəldiniz. Az qalmışdı ki, Azərbaycan kimi bir ölkəni darmadağın edəsiniz. Yaxşı ki, Heydər Əliyev hakimiyyətə gəldi, dağıtdığınızı nəinki bərpa etdi, Azərbaycanı bütün dünyaya tanıtdırdı. Heydər Əliyevin qurub yaratdığını davamçısı İlham Əliyev daha da çiçəkləndirir... Mən də bir Qarabağ döyüşçüsü kimi sizə xəbərdarlıq edirəm. Bizim adımızdan bir daha istifadə etsəniz dünyanın hegemon dövlətləri iqtisadi və siyasi tənəzzülə uğradığı bir vaxtda Azərbaycanda stabilliyi qoruyub saxlayan ölkə başçısı, Ali Baş Komandanın sadiq əsgəri kimi məni və mənim kimi minlərlə döyüşçünü qarşında görəcəksən”.

Bir sözlə, göründüyü kimi, cəmiyyətimizin həssas təbəqəsi olan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək antitəbliğat aparmağa cəhd edən Əli Kərimlini elə bu kateqoriyadan olan insanlar, Vətənini sevən gənclər peşman etdilər və dövlətin yanında olduqlarını, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini sübut etdilər. Bu fakt özlüyündə bir daha Əli Kərimli kimi radikal müxalifətə, həm də onlara himayədarlıq edən antiazərbaycan dairələrə bir şillə cavabı oldu.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...