Tarix üzərində kökləməyin zamanı çatıb - "24 APREL" adlı utopiya əziləcək! KÖŞƏ YAZISI

Dünya yarandığı zamandan bu günə kimi həqiqət hər zaman yalan üzərində qələbə çalıb və müdrik Nizami Gəncəvinin ibrətamiz zərb məsəlində deyildiyi kimi: «Yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir» məntiqi nəticə Xeyir və Şəri mübarizəsində Xeyirin qələbə çalmasıdır. Və bu gün də Dağlıq Qarabağ münaqişəsinin gerçək tarixinin, o cümlədən terrorla, təxribatlarla və yalanlarla silahlanmış Ermənistanın XIX əsrin əvvəllərində Rusiyanın himayəsi altına xalqımıza qarşı dəyişməz mənfur şər xisləti nəticəsində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirilməsi, 31 martda xalqımıza qarşı erməni vəhşiliyi, Xocalı soyqırımı...

Və hər il bu soyqırım tarixini xatırladırıq, hər ilin bu günləri xatırlatmaqla erməni vəhşiliyini, erməni zülmünü və erməni qaniçənliyini bir daha üzə çıxarır və xatırladır ki, ey azərbaycanlılar, ulu babaları, nənələri qanında boğulmuş millət, xalqımıza qarşı törədilən, bəşəriyyətə sığmayan erməni vəhşiliyini unutma, unutma bu tarixləri ki, unudulmayasan! Məhz bu unutmamığımızın nəticəsidir ki, artıq bu gün dünya aəzrbaycanlılara qarşı Xocalı kimi bir faciəni soyqırımı kimi tanımaqdadır. Bunlar tarixi faktlar, sübutlar, sənədlər, canlı şahidlər hesabına tanıdılır, çünki tarix unudulmur, dəyişmir. Və bu gün özlərini «deokratiyanın beşiyi» sayan ABŞ kimi nüfuzlu bir dövlətin başçısı prezident Cozef Baydenin aprelin 24-də səsləndirdiyi ifadələrlə bağlı bəyanatı ancaq bu «demokratiya beşiyi» üçün uğurlu deyil və 106 ilin ən iyrənc yalanıdır. Məhz «iki dövlət, bir millət» olan Azərbaycan-Türkiyə, İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan kimi Liderlərin qarşısında məğlublarının təzahürüdür. Və iki qardaş dövlət liderlərini Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu məmnunluqla qeyd etməsi, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə heç vaxt siyasət meydanında həmişə, o cümlədən gərgin məqamlarda biri-birini tək qoymayacaq. Ancaq bu bəyanatla ABŞ-ın hazırkı prezidenti Co Bayden özündən qabaqkı prezidentlərindən fərqli olaraq erməni lobbisindən asılı olduğunu sübut etdi və yalançı, uydurma və saxta erməni tarixinə düşdü. Və tarixi qaranlıq məqamlarla dolu olan ABŞ-ın ermənilərin təəssübkeşliyini çəkməsi isə süni görünür.

Təəssüf ki, olmayan bir tarixi, olmayan bir hadisəni böyük türk dünyasının adına yazmaq, yazdırmaq riyakar, işğalçı ermənilərə müyəssər olub. Ancaq bu reallıq da mövcuddur ki, Azərbaycan Xocalını, 31 mart hadisələrini dünyaya tanıtdıqca, "24 aprel" ağ yalanını əzilir. Çünki həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Və bu millət tarixi torpaqlarını azad etməklə öz hüququnu müdafiə etməyə də qadirdir. Bu gün Azərbaycan dövləti məhz bu haqq yolunda qürurla, inamla, vüsətlə, şərəflə və ləyaqətlə addımlayaraq, bu addımların altında "24 aprel" adlı utopiyası da əziləcək. Azərbaycan dövləti, ölkə rəhbərliyi məhz hücum siyasəti nəticəsində qələbələrini qazanır, bundan sonra da qazanacaq, öz doğma xalqı, milləti ilə bir yerdə həmişə olacaq!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...