Amerika - qlobal qanlı qırğın maşını - FAKTLAR

Dünyada özünü demokratiyanın və insan hüquqlarının qoruyucusu kimi təqdim edən ABŞ bunun tam əksini etməklə məşğuldur

ABŞ prezidenti Co Baydenin saxta erməni soyqırımını tanımasının səbəbləri haqda çox yazıldı. Təbii ki, burada 2 əsas səbəb var:

Amerika nəzarətindən çıxıb müstəqil siyasət yürütməyə başlayan Türkiyəyə qarşı iqtisadi, hərbi problemlərdən sonra, həm də siyasi problem yaratmaq, Qarabağ probleminin həllindən kənarda qaldığından öz agentləri olan Paşinyan hakimiyyətinə dəstək verməklə razılaşmanı pozmaq və regiona soxulmağa bəhanə əldə etmək.

Lakin biz bu məsələləri yox, bu dövlətin özünün dünyada törətdiyi saysız-hesabsız, müharibə, terror, qırğın və s faciələrdən bəzilərini xatırlatmaq istəyirik.

ABŞ-ın bir dövlət kimi yaranması məhz çoxsaylı və kütləvi soyqırım aktları nəticəsində baş verib. Yeni dünyaya gələn ingilis başda olmaqla avropalılar Amerika qitəsinin yerli xalqlarını sözün əsil mənasında çəyirtkə kimi qırdılar, on milyonla aborigen amansızlıqla və kütləvi şəkildə məhv edildi. Hətta soyqırımı daha fəal həyata keçirənlərə, yəni daha çox insan öldürənlərə xüsusi mükafatlar belə təyin olunmuşdu.

ABŞ müstəqilliyini elan etdikdən sonra öz tarixi ərzində dünyada törətmədiyi müharibə, təcavüz, qırğın, terror aktı qalmayıb. Biz bunu I və II dünya müharibələri zamanı da, Yaponiyaya iki dəfə atom bombası atarkən də, keçmiş Yuqoslaviya ərazisinə, Vyetnama, Liviyaya, İraqa, Əfqanıstana, Suriyaya, İraqa... hücumlar edərkən də görmüşük.

İndi sizə Amerika qitəsində aborigen xalqların 100 milyondan artıq nümayəndəsinin məhv edilməsindən sonra həyata keçirdikləri bəzi qanlı qırğın faktlarını xatırlayaq;

1898-də Kuba və Meksikanı işğal etdi,

1921-də Nikaraquanı işğal etdi,

1945-də heç bir zərurət olmadan Yaponiyaya 2 dəfə atom bombası atdı və 250 min dinc insanı məhv etdi, milyonlarla insanı əlil etdi,

1950-53-də yüz minlərlə koreyalını qətlə yetirdi,

1954-də minlərlə qvatemalalını öldürdü,

1956-59-da Kubada amerikalıların Batista ilə birgə həyata keçirdiyi əməliyyatlarda 60 min kubalı öldürüldü,

1965-də ABŞ əlaltısı Suxarto 1 milyon indoneziyalını qətlə yetirdi,

1965-də Dominikan Respublikasına desat çıxardı və 10 min insanı məhv etdi,

1975-də Vyetnamdan qovulan Amerika ordusu bakterioloji və kimyəvi silahların tətbiqi nəticəsində fəlakətə düçar olmuş milyonlarla ölü və yaralı buraxdılar,

1970-75-də Kamboca və Laosda milyonlarla insanı öldürdü,

1973-də Çilidə CİA-nın hazırladığı hərbi qiyamda 30 min nəfər öldürüldü,

1970-ci illərin sonunda Argentinada ABŞ-ın faşist generallarla birgə fəaliyyəti nəticəsində 30 min nəfər məhv edildi,

1983-də Livana 14 min amerikan dəniz piyadası çıxarıldı və minlərlə insan öldürüldü.

1985-də qlobal quldurluq nümunəsi göstərərək Liviyanı bombaladı, 1000-ə yaxın mülki vətəndaş öldürüldü,

1989-da Panamaya ordu yeridildi- 5 min nəfər öldürüldü,

1991-də İraqın Küveytə müdaxiləsini bəhanə edərək digər imperialist dövlətlərlə birlikdə İraq xalqının başına bombalar yağdırdı, yüzlərlə dinc sakin həlak oldu,

Keçən əsrin son illərində Əfqanıstan, Sudan və Somaliyə müdaxilə edib, nəzarətə götürdü, Sudanı parçaladı,

2003-cü ildə İraq xalqına qarşı başlatdığı təcavüz və qırğın siyasəti hələ də davam edir,

2011-də Liviyada yenidən vətəndaş müharibəsi törədərək ölkəyə hərbi müdaxilə etdi və on minlərlə liviyalını məhv etdi.

2012-ci ildə Suriyada yaratdığı İŞİD, Ən Nüsrə və sair terrorçu təşkilatlar vasitəsilə vətəndaş müharibəsi törətdi və indiyədək 5 milyona yaxın insan həlak olub.

Belə faktların sayı-hesabı yoxdur, hamısını sayıb vaxtınızı niyə aparaq ki? Özünüz hər şeyi bilirsiniz.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə