Baydenin tarixi yalanlar üzərində qurulan “24 aprel- erməni soyqırımı”... KÖŞƏ YAZISI

Ataların belə bir hikmətli sözü var: “Söz ağızda insanın quludu, ağızdan çıxdı, insan onun quludu”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın 46-cı prezidenti Co Bayden ilə telefonda danışıb. Danışıq zamanı Bayden Ərdoğana 1915-ci il hadisəsi üçün Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırıb. ABŞ prezidenti Co Bayden Amerika ermənilərinə seçki kampaniyası zamanı verdiyi vədi tutdu. Bununla da, öz ölkəsinin tarixinə bu qəbildən ilk prezident kimi düşdü. Əvəzində isə 300 milyonluq Türk toplumunun, xüsusən də «Bir millət – iki dövlət»in - Türkiyə və Azərbaycanın qəzəbini qazandı, Türk irqinin gözündə erməni faşizminin əsas havadarı kimi özünü təsdiqləmiş oldu. Ərdoğan, FETÖ-nin ABŞ-dakı mövcudluğu və ABŞ-ın Suriyada PKK-PYD terror təşkilatına verdiyi dəstək kimi mövzuların həll edilməsinin Türkiyə-ABŞ əlaqələrinin daha irəli səviyyələrə aparılması üçün əhəmiyyətli olduğunu bildirib.

Bayden anlamadı ki, bu qərardan ən çox ziyan çəkən məhz Amerika olacaq. Onu da anlamadı ki, Amerika bununla Şərqdə Türkiyə kimi bir güclü dövlətlə - strateji tərəfdaşla münasibətlərə xələl gətirmiş oldu. Çünki Türkiyə sürətlə inkişaf edən, bölgədə nüfuzu durmadan artan bir ölkədir. Ancaq Amerika bölgədə sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə, Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu.

Bayden onu da anlamadı ki, Azərbaycan və Türkiyə bütün ümummilli məsələlərdə bir-birilərini dəstəkləyiblər. Bu gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığında bu dəstək bir daha ifadə olundu.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələ ilə bağlı qeyd edib ki, Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub: “Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır".

Bir məqamı da xatırlatmaq lazımdır ki, Baydenin ermənipərəst biri olduğu “Azadlığı Müdafiə Aktı”na bədnam “907-ci düzəliş”in müəlliflərindən biri kimi yadımızdadır. İndi Bayden ABŞ prezidenti qismində yenidən köhnə ampluasına qayıtmış oldu. Ancaq Ağ Ev rəhbəri bununla üstəlik, Türkiyə və Azərbaycan kimi regionun açar dövlətləri ilə ABŞ-ın münasibətlərinə ciddi zərbə vurmuş oldu və bir azdan həmin zərbənin təsirini Co Baydenə səs verən amerikalılar da hiss edəcək, görəcək. Və Türkiyəyə qarşı haqqsız böhtanlarının zərbəsini alacaq.

Bütün Rusiyanın patriarxı Kirill: "Osmanlı imperiyasında heç kim xristian azlıqları məhv etməyib"

Bu günlərdə Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill «Rossiya 24» telekanalına müsahibəsində deyib ki, Osmanlı imperiyasında heç kim xristian azlıqları məhv etməyib. O bildirib ki, İslam dünyasında buna bənzər hadisələr olmayıb: “Məsələn, Osmanlı imperiyası. Orada xristian azlıqlar olub. Amma onları heç kim məhv etməyib. Dini icmalar arasında münasibətlər tənzimlənib”.

Baydenin düşünülməmiş addımının ağır nəticələrinin işartısı...

ABŞ Prezidenti Co Baydenin açıqlamasında 1915-ci il hadisələri ilə bağlı «soyqırım» sözünü işlətməsi böyük etirazlarla qarşılanıb. Türkiyə və Azərbaycandan olan siyasətçilərin, dövlət və hökumət rəsmilərinin etirazları ilə yanaşı sadə insanlar da Baydenin sözügedən açıqlamasına öz etirazlarını bildiriblər.

Bununla əlaqədar ABŞ-ın Nyu-York şəhərinin Şeridan meydanında azərbaycanlı və türklərdən ibarət bir qrup insan etiraz aksiyası keçirib.

Aksiyaya onlarla insan yığışıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan etirazçılar «soyqırım» ifadəsinin doğru olmadığını, sözügedən iddianın saxta olduğunu bildirən şüarlar səsləndiriblər.

ABŞ-ın bayrağı yandırıldı... Baydenin səhv addımına görə...

İngiltərənin "Mançester Yunayted" klubunun azarkeşləri ABŞ bayrağını yandırıblar. Bu addım klubun amerikalı sahibləri Coel və Avram Qleyzerlərin Superliqaya birləşmə qərarına etiraz əlaməti kimi atılıb. "Old Trafford" stadionu qarşısına toplaşan yüzlərlə fanat rəhbərliyin davranışlarından qəzəblərini ifadə edib. Etiraz aksiyası zamanı onlar Qleyzerlər ailəsindən klubdakı paylarını satmalarını tələb edən plakatlar tutublar və fişənglərdən yararlanıblar. Tərəfdarlar "Hər şeyin bir həddi var" və "Qleyzerlər, klubdan rədd olun" şüarları səsləndiriblər. Rusiyalı politoloq Sergey Markovun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə ilə ABŞ-ın münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq. Co Baydenin bu addımı atmasının səbəbləri barədə danışan S.Markov bildirib ki, ABŞ prezidenti Türkiyəyə daimi təzyiq aləti yaratmaq və Türkiyə ilə güc mövqeyindən danışmaq istəyir. Onun sözlərinə görə, C.Baydenin əməllərində ziddiyyətlər var: “Bir tərəfdən Bayden bəyan edir ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir, digər tərəfdənsə, bu, münasibətləri kəskin pisləşdirir. Bunu heç kim başa düşə bilmir, çünki Rusiya ilə münasibətlərdə də eyni problemlər mövcuddur. Fikrimcə, Ankarada Bayden administrasiyasına heyrətlə baxırlar və onların nə istədiyini başa düşə bilmir”.

Bu gün Bayden böyük səhvə yol verməklə, ABŞ-da utancverici hadisə kimi qəbul olunur. Cəmi 3 aydır ki, ABŞ-a rəhbərlik edən Baydenin Türkiyə kimi strateji müttəfiqlə münasibətlərə ciddi xələl gətirəcək. Bütün bunlardan sonra Bayden saxta, yalan «soyqırım» sözünü işlədərkən çıxışında nə 31 mart soyqırımı, nə də Xocalı faciəsi haqqında bir söz belə işlətməyərək ucuz populizmə üstünlük verdi. Bununla da tarixin ən böyük, bağışlanmaz xətasına imza atan Ağ Ev tarixi yalanlar üzərində qurulan «24 aprel-erməni soyqırımı»nı gündəmə gətirmədən əvvəl Hiroşima və Naqasakidə on minlərlə insanın ölümünə səbəb olan, insanlıq tarixinin ən dəhşətli qırğınını xatırlamalı idi. Günahsız insanların qanı ilə boyanmış qaranlıq keçmişini «demokratiya» pərdəsi altında gizlədən ABŞ-ın hansısa ölkəni «soyqırımı»nda ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Əvvəlcə öz tarixinə bax, sonra kiməsə qiymət ver, buna isə haqqı olmayan Co Bayden «erməni soyqırımı» ifadəsini işlətməklə, bilməlidir ki, tarixdən sui-istifadənin heç kimə, heç bir ölkəyə xeyri olmayacaq, bundan ən çox zərər çəkən elə Amerika özü olacaq.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə