Yerablurda boş yerlər qalıb... KÖŞƏ YAZISI

Ermənistan tərəfi sən demə hələ də “döyüşürmüş”... Ancaq reallıqda deyil, sadəcə, özünün xəstə düşüncəsində. Nəticədə, bu cür xəstə düşüncənin məhsulu sonradan media sahəsinə keçid edir. Misal üçün, Sputnik Armeniya saytı beynəlxalq brend adından istifadə edərək zaman-zaman feyk fabrikasına çevrilir. İndi də onlar “Azərbaycanın təxribatları” barədə yazır, guya Azərbaycanın Xankəndidə, və s. ərazilərdə ermənilərin yaşadıqları səmtə atəş açdıqlarını sırf erməni hay-şivənçiliyi, “əzabkeşliyi” kontekstində digər erməni KİV-lərinə ötürməklə tirajlayırlar. Hələ bu harasıdır? Üstəlik iddia edirlər ki, demə azərbaycanlılar, hətta Rusiya sülhməramlılarının mövqelərinə də bir-iki güllə atıblarmış (?!)

Ancaq söz yox ki, başqalarını aldatdıqlarını düşünərək, əslində, özlərini axmaq yerinə qoyan erməni mediası bir reallığı dərk etmir: Azərbaycan əsgəri heç vaxt birinci atəş açmaz, o da qala Rusiya sülhməramlıları olsun (?!)

Gorbagor Njdenin Xocavənddəki büstünü haraya rədd edəcəkləri barədə düşünsünlər

Bundan əlavə, Prezident İlham Əliyev Rusiya sülhməramlılarının Qarabağ ərazisində yerləşdirilmələri ilə bağlı sənədə imza atıb. Bütün bunlardan sonra axı nəyə görə azərbaycanlı hərbçilər onları, yəni rusları hədəfə almaqla xəstə düşüncəli düşmən əlinə özünə qarşı anti-təbliğat xarakterli imkanlar versin?! Bax, ermənilər uzun burunlarından o tərəfi görə bilmədikləri kimi, hətta yaydıqları dezinformasiyaları ilə özlərini daha çətin vəziyyətə salırlar. Necə keyfiyyətsiz döyüş qabiliyyətlərinə malikdirlərsə, media sahəsində həmin qabiliyyətsizlikləri bütün çılpaqlığı ilə görünməkdədir. Dezinformasiyalarını da doğru-dürüst yaymağı bacarmırlar...

Hə, yeri gəlmişkən, erməni dezinformatorları və onların Rusiya sülhməramlıları arxasında genələ-genələ gəzən quldur rejim təmsilçiləri daha yaxşı olardı ki, gorbagor Njdenin Xocavənddəki büstünü haraya rədd edəcəkləri barədə düşünsünlər. Misal üçün, ruslar onlara mayın 9-na qədər, yəni Almaniya faşizmi üzərində qələbə günü kimi qeyd edilən tarixə qədər Qaregin gorbagorunun abidəsini həmin ərazidən yığışdırılması, ən yaxşısı isə məhv edilməsi əmrini veriblər.

Rüstəm Muradovun ermənilər qarşısında onların faşist ideologiyalarını da müdafiə etmək öhdəliyi yoxdur

Çünki Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun ermənilər qarşısında onların faşist ideologiyalarını da müdafiə etmək öhdəliyi yoxdur. O cümlədən, Muradovun Bakı ilə də münasibətləri kifayət qədər normaldır. Düzdür, ara-sıra bir sıra xoşagəlməz hallar yaşansa da, onlar aradan qaldırılır. Ümumilikdə, Azərbaycan tərəfini gah atəş açmaqda, gah üçtərəfli bəyanatı pozmaqda, gah da terrorçuları azadlığa buraxmamaqda ittiham edən ermənilər birdəfəlik başa düşməli, anlamalıdırlar ki, artıq heç nə əvvəlki kimi deyil və Azərbaycan müvafiq zamanda (cəmi bir neçə saata!) Xankəndi də daxil olmaqla digər ərazilərində də öz bayrağını ucaldacaq. İndi qalır hansı ermənilərin bununla razı olub-olmamalarına, bu da onların öz işləridir.

Ona görə də, əgər Qarabağda kimsə atəş açıbsa, onlar yalnız həmin adamlardırlar ki, Azərbaycan Ordusundan qaçaraq ucuz canlarını xilas edə biliblər. Görünür, İrəvandakı Yerablur adlı gorbagorlar alleyində hələ az da olsa yerlər qalıb və həmin yerləri də doldurmaq Azərbaycan üçün çətin deyil. Necə deyərlər, bir az da insan kimi düşünüb nəticə çıxarsınlar...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə