Deyir, bu dünyanın işni bilmək olmur, nə gətirəcəyi, kimi hara sürükləyəcəyi naməlumdur. El-oba folklorunda deyildiyi kimi, çərxi-fələk elə dövran edir ki, kimin sonu necə bitəcək bilmək olmur, zaman dəyirman fırfırası kimi çox şeyi dənləyib ələkdən keçirir. Zaman kimləri düşmənə, dosta çevirmədi ki. Ən qatı düşmənlər dosta, ən möhkəm dostlar bir andaca ömürlük düşmənə çevrildilər. Dünya dediyin, çərxi-fələk dediyin budur...

İndi Ermənistanda baş verənlər də, əslində siyasət fələkinin ibrət dərsidir. Bir zamanlar Vladimir Putinin sevimli dostu olan Robert Köçəryan, Kreml sahibinin müti qulu olan Serj Sarkisyan indi Nikol Paşinyanın əlində yumağa dönüb qalıblar. Daha doğrusu daha onlar güvəndikləri dağa lazım deyillər, atılıblar bir küncə. Vladimir Vladimiroviç üçün hazırkı mərhələdə özünün yeni layihəsi olan yekəqulaq paşka önəmlidir, vəssalam. Siyasətin və həyatın əsl mahiyyətidir bu. Işə yarayırsansa lazımsan demək, yox artıq rolun bitibsə, o zaman dərsini bilməyən şagird kimi atırlar səni bir küncə.

Düzdür, balacaboy KQB generalı Robertlə Serji bir küncə atdı, daha onlar ancaq hərdən xatırlanacaq köhnə xatirə əşyası kimi görünürlər, vəssalam. Amma V.Putin Ermənistan üzərindən Rusiyanın Qafqazdakı yeni yüzillik layihəsini şəkilləndirir. Demək KQB generalı Ermənistandan heç vaxt əl çəkməyib. Bir ara “Kreml sahibi Ermənistanı yerində oturtdu, Moskva daha Ermənistana sahiblik etməyəcək, V.Putin erməniləri taleyin ümidinə buraxıb, Rusiya öz maraqlarına görə erməniləri Azərbaycana qurban verdi”,- deyə hay həşir qoparırdılar.
Hamısı nağıl dolu fərziyyədir, vəssalam. Rusiya heç zaman Ermənistanı əldən buraxmaz. Hələ o ki qala Ermənistanı Corc Sorosa qurban verə. Baxın, V.Putin istəsə belə bu mümkün deyil. Ermənilər yüz illər boyu ruslar üçün Qafqazda ov tulası olublar, yenə də belədir, yüz illər bundan sonra da belə olacaq. Bu, dəyişilməsi heç zaman mümkün olmayan reallıqdır. Bu gün Moskva N.Paşinyan üzərindən yeni və hələ sirr olaraq qalan yeni layihəsinə start verib. N.Paşinyan indi Vladimir Putinin ən sevimli “övladıdır”, vəssalam.!

Mən deyəndə ki, yekəqulaq paşka Kreml xozeyinin siyasi oğulluqudur, onun sirli planları üçün siyasi səhnəyə gətirilən siyasi aktyordur, bir çoxları deyirdilər ki, N.Paşinyan C.Sorosun planıdır, özü də Moskvaya qarşı. Moskvaya qarşıye özüdə...

Di gəlin bir iki kəlmə deyim, siz də oxuyun. Ermənistanda qanlı diktatura quran, qarşısına keçəni məzarlığa və həbsxanaya yollayan S.Sarkisyan ermənilərin elə nifrətini qazanmışdı ki, “Qarabağ klanı”na qarşı meydana çıxan istənilən küçə dərvişi ermənilər üçün qəhərman sayılırdı. Moskva da yaratdığı bu vəziyyətdən əla yararlandı. Özünün regiondakı yeni layihəsi üçün müti S.Sarkisyanı asanlıqla qurban verib yeni siyasi aktyorunu erməni ictimai rəyinə sırıdı. Erməniləri qanlı diktaturadan qurtaran “inqilabçı qəhrəman”....

Moskva tarix boyu çox belə Paşinyanları kütləyə qəhrəman kimi sırayıb. O ki qala ermənilər kimi müti və yaltaq sürü ola. Kreml həmişəki kimi, Qafqazdakı sevimli və vazkeçilməz köpəyi olan Ermənistan üzərindən gələcək yüz ili hədəfləyən planını işə salıb. Elə son bir neçə ildə N.Paşinyanın siyasi oyunlarına diqqətlə nəzər salmaq kifayət edir ki, onun kimin adamı olduğunu dəqiqləşdirəsən.

Axı bunu necə başa düşməyəsən ki, Moskva Qafqazda yüz illərdir ona-buna “hürdürdüyü”, siyasi ov iti kimi istifadə etdiyi yeganə sadiq nökərini C.Sorosa bağışlasın?, -qəti mümkünsüzdür.

Cəmi 2-3 gün bundan əvvəl N.Paşinyan Vayotszor bölgəsində əhali ilə görüşündə elə fikirlər açıqladı ki, ruspərəstlər belə başlarını aşağı saldılar. Nə deyir paşka: Deyir Ermənistana hücum Risiyaya qarşı hücum deməkdir. Deyir ki, “bizim vahid təhlükəsizlik sistemimiz mövcuddur və biz ona sadiqiq!”.

Bax, demir ki, C.Soros dədəmdir, demir ki, qərb inteqrasiyamız üçün önəmli məsələdir, demir ki, Avropaya yol alırıq. Deyir ki. Ermənistana hücum Rusiyaya hücumdur. Heç Gürcüstandakı ruspərəst Bidzina İvanişvili höküməti kimi Avropaya əl uzatmaq belə istəmir.

Nikolcan necə C.Sorosun “uşağıdır” ki, hakimiyyətə atlandığı ilk gündən Moskvanın uzaq planları üçün nəzərədə tutulan qısa təyinatlı layihələr üçün tər tökür?. V.Putin, alçaq diktatorlar R.Köçəryan və S.Sarkisyanla bu işləri görə bilərdimi?,-qətiyyən. Moskvaya yeni və heç bir zədəli imici olmayan, siyasi baxımdan “podmayak” siyasi obraz lazım idi. Bu da yekəqulaq paşka oldu. Dünənin ac-yalavac jurnalisti olan, çantası çiynində “inqilabçı” Paşinyan...
V.Putin erməniləri həm də bir vaxtlar körpə uşaqlarını diri-diri oda atıb yandırdıqları azərbaycanlıların haqlı qisasından da qurtardı. Xocalıdakı vəhşi genosidin alçaq baiskarları, azərbaycanlı körpələri diri diri şişə keçirib odda qızardan alçaqlar Xankəndində qısınıb gizlənə bildilər. İndi onları orada V.Putinin müsəlman generalı Muradov qoruyur. Yoldaş Muradov!
Bax bu da filmin sonu...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə