Ermənilər, bu sizin karmanızdır! KÖŞƏ YAZISI

Ermənistan KİV-ləri və bu ölkənin ictimai-siyasi dairələri Bakıda açılmış Zəfər parkı ətrafında sözün əsl mənasında çığır-bağır, salmaqda, isterikalı fikirlər səsləndirməkdə davam edirlər. Onlar bu həyasızlıqlarını açıq hava altında nümayiş etdirilən hərbi qənimətlərlə “əsaslandırırlar”. Ermənilərin bu cür davranışlarından təəccüblənmək lazım deyil, çünki bu gerçək erməni dar düşüncəsidir və əgər onlar parkın açılışını “antihumanizm” kimi qiymətləndirirlərsə, bu zaman sual yaranır: Yaxşı, bəs sizlər son 30 ildə nə ilə məşğul olmusunuz? Sizlər azərbaycanlılara məxsus olan bütöv şəhərləri, yaşayış massivlərini, məktəbləri, kəndləri, mədəniyyət ocaqlarını darmadağın edərək, məhv etmisiniz, yüz minlərlə insanları doğma yurd-yuvalarından qovmusunuz, minlərlə azərbaycanlıları vəhşicəsiə qətlə yetirmisiniz, soyqırımları törətmisiniz və..!

Və bu 30 ildə azərbaycanlıları məsxərəyə qoymaqla yanaşı, bir az da irəliyə gedərək hədə-qorxu dili ilə də danışmağa cürət etmisiniz, elə əvvəlki prezidentiniz Serj Saqrsyanın timsalında – Xocalı hadisəsi azərbaycanlıların ermənilərin humanist davranacaqları fikri ilə bağlı bütün stereotipləri darmadağın etdi və s.

Hər il mayın 9-da Şuşanın “azad” olunması “bayramını” qeyd edərək bizə göz dağı vermisiniz. Azərbaycanlılar üçün müqəddəs sayılan Cıdır düzündə baş naziriniz sərxoş halda rəqs edərək azərbaycanlıların hissi ilə oynayıb. Üstəlik, Kəlbəcərdə azərbaycanlılara məxsus avtomobil nömrələrini toplayaraq, onları ayaq yolunun divarlarına vurmusunuz. Belə nümunələr çoxdur, hətta lap çox!

Ona görə də, məhz erməni tərəfi azərbaycanlıları daha çox ələ salıb və bu gün Azərbaycan Zəfər parkını açmaqla, ermənilərin qoyub-qaçdıqları qənimətləri nümayiş etdirməklə müvafiq cavabını verir. Belə deyək, “bu, sizin karmanızdır”, yəni İlahi ədalətdir!

Erməni bilməlidir ki, əgər onlar özlərini alçalmış kimi görürlərsə, bunun günahını azərbaycanlılarda deyil, özlərində, öz rəhbərliklərində axtarsınlar. Elə Azərbaycan atalar sözündəki kimi – “Nə qoyarsan aşına, o da çıxar qaşığına”

Rövşən RƏSULOV

P.S. Nədənsə, birinci Qarabağ müharibəsində azərbaycanlıların maşın nömrələrini tualet divarlarına düzərkən, Ermənistanın xarici işlər nazirliyi bəyanat-fian səsləndirməmişdi. İndi isə, bəyanatının yekəliyi bir səhifəyə sığmır. Niyə əcəba?

Bütün xəbərlər Facebook səhifəmizdə