Müxalifətin saatı 28 ildir ki, dala qalıb KÖŞƏ

Bu gün müxalif düşərgəyə nəzər salarkən, belə bir sual yaranır - ənənəvi müxalifət bu dönəmdən sonra nə edəcəyini düşünürmü? Çünki görünən də budur ki, onlar bu 28 ildə ilk ağıllarına gələni söyləyiblər. Ən əsası da AXCP- Müsavat hələ də bu 28 ildə bir addım belə irəli gedə bilməyiblər. Bu zatən belə də olmalı idi. Baxın, bu, o partiyalardır ki, 28 ildir "döyüşürlər", bir-birilərini qurşaqdan aşağı söyürlər...sözün qısası, bir-birilərini baltalamaqla məşğuldurlar. Filan partiya filan partiyanın ideyasını dəstəkləmədi, filan partiya filan partiyanın yanına gedərək, vaxtilə yanında olduğu o biri partiyaya xəyanət etdi, bu partiya "mitinq çağırışımızı" dəstəkləmədi... Xüsusilə də, 44 gün davam edən İkinci Vətən Müharibəsində 50 siyasi partiyaların bir yerdə olaraq dövlətə dəstəy olmasını AXCP-Müsavat "siyasi oyun" adlandırması hələ də onların nə qədər xalqımıza, dövlətimizə satqın olduğunun göstərir. Dövlət tərəfindən təşkil edilən hər hansı bir proseslərdə kənarda qalan və hər iki partiya: "Bizim öz qərarlarımız var" - deyərək kənarda dayanmaqla satqın və erməni "dəyirmanına" su tökən manqurtlardır.

Elə bu günlərdə işğaldan azad edilmiş torpaqlara səfər edən siyasi partiyaların dəstəsinə qoşulmayan yenə də Müsavat-AXCP oldu. İştirak etməmələri cəhənnəmə, hələ bir durub bu səfəri "siyasi oyun" adlandırmaları nə qədər riyakar və erməniyə nökərçilik edən rəzillərdir. Çünki bu satqınlar illər boyu sifarişlə işləyərək öz şəxsi mənafelərini düşünməklə torpaqlarımızı satıblar.

"Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri"

Dövlət başçısı xalqa müraciətində bildirib ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər: "Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri".

Dövlət başçısı Xalq Cəbhəsi hakimiyyətini kollektiv Paşinyan adlandırmışdı: "Xalq Cəbhəsi hakimiyyətini kollektiv Paşinyandır. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər".

Ancaq Vətən müharibəsində Azərbaycanın qələbəsinə hər imkanları ilə mane olmağa çalışan və tarixin gedişində 28 il geri qalan, düşmənə işləyən Vətən, dövlət, xalq xainləri hüquqi çərçivədə cavablarını və cəzalarını almalıdırlar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə