“Azad seks” davası milli təhlükəsizlik kontekstində

Elçin Bayramlı

Son vaxtlar cəmiyyətimizdə zorlamalar, fahişəlik, qadın alveri, boşanmalar, həyat yoldaşına xəyanət halları sürətlə artır. Mənəvi-əxlaqı DEQRADASIYA pik həddinə yaxınlaşır. Maddi dəyərlər mənəvi dəyərlərin önünə keçib. Bəs bu tendensiya kimlərdən, nələrdən qaynaqlanır?

Qlobal mərkəzlərdən idarə olunan qruplar cəmiyyətimizdə əxlaqsızlığı normaya çevirmək, mənəvi dəyərləri tamam məhv etmək üçün var gücü ilə çalışır. Azərbaycanda onsuz da, qeyri-rəsmi fahişəxanalar çoxdur. Sadəcə bunlar ölkəni, BÜTÖVLÜKDƏ fahişəxanaya çevirmək istəyirlər.

Alt-şüurun dəyişdirilməsinə hesablanmış filmlərdə, seriallarda, şou proqramlarda, həmçinin internet portalların yaydığı materiallarda qadın azadlığı adı altında durmadan fahişəlik, boşanmalar, nigahdankənar cinsi əlaqələr təbliğ olunur, həyat yoldaşına xəyanət etməyin yolları peşəkarcasına öyrədilir.

Hamıya aydındır ki, burda ictimai, kütləvi təbliğatın böyük rolu var. Bəzi özəl televiziyalar və internet portalları cəmiyyətin bütün mənəvi-əxlaqı ehkamlarını məhv etməyi, ailə institutunu tam dağıtmağı qarşılarına məqsəd qoyublar.

Bunların dediyindən belə çıxır ki, bizim cəmiyyətdə bəzi heyvanlarda olduğu kimi AZAD SEKS olmadığına görə çoxsaylı problemlər yaranır, məsələn toydan əvvəl müxtəlif oğlanlarla cinsi münasibətlərə girən qızlarla heç kim evlənmir, nəticədə fahişələr ortalıqda qalır.

Guya bu ölkədə fahişələrin bədənlərini satmasına əngəlmi var? Özü də, fahişəlik təbliğ edənlərə irad tutduqda və ictimai qınaq olduqda qara-qışqırıq salırlar ki, bəs bədən mənimdir özüm bilərəm kimə neçəyə satıram. Bəli, özün bilərsən, buna görə bizdə kimisə cəzalandırmırlar. Sadəcə bunun əxlaqsızlıq olduğunu deyirlər və haqlıdırlar da. Hər şey öz adı çağrılmalıdır.

Fahişəlik etmək qadağan deyil, fahişəliyin təbliği yolverilməzdir və sən qələt edərsən bunu etdiyin yerdə. Bura sənə Fransa deyil. Bura Azərbaycandır!

Azad seks təbliğatı aparanlar, ailə həyatında ciddi problemləri olanlardır. Harda bir boşanmış qadın var, ya da arvadbaz kişi var- gəlib televiziyada, radioda, mətbuatda ictimai və fərdi əxlaq sahəsində “maarifləndirici” fəaliyyət göstərir.

Ümumiyyətlə, ölkədə qadın alverinin, narkotikanın, digər zərərli və təhlükəli halların təbliği qadağandırsa, onda fahişəliyin təbliği də qanunla QADAĞAN olunmalıdır. Mətbuat Şurası, Milli Teleradio Şurası, hüquq-mühafizə orqanları mediada mənəvi dəyərlərə təcavüzə qarşı ciddi tədbirlər görməlidir. Bunu qəti şəkildə tələb edirəm. Çünki bu, bir milli təhlükəsizliik məsələsidir. Necəmi?

Heç kəsə sirr deyil ki, MKİ (CİA) şefi Allen Dallesin SSRİ-yə qarşı “MƏHVETMƏ” planına bənzər doktrinalar hələ tam mənəvi deqradasiyaya uğramamış cəmiyyətlərə, o cümlədən Azərbaycana tətbiq edilir. Əxlaqsızlığın təbliği xüsusi mərkəzlər tərəfindən peşəkarcasına təşkil və idarə olunur.

Dallesin planından mövzumuza birbaşa aidiyyatı olan bəzi detallara nəzər salaq. “...Biz bütün gücümüzü insanların AXMAQLAŞDIRILMASI və səfeh yerinə qoyulmasına yönəldəcəyik!

İnsan beynində XAOS yaradaraq, onların dəyərlərini saxtalarıyla dəyişəcəyik və onları bu SAXTA DƏYƏRLƏRƏ inanmağa məcbur edəcəyik. Necə? Biz orada öz həmfikirlərimizi, müttəfiqlərimizi tapacağıq.

Məsələn, incəsənət və ədəbiyyatdan tədricən onun sosial mahiyyətini çıxaracağıq... Ədəbiyyat, teatr, kino ƏN ALÇAQ INSANI HISSLƏRI təsvir və mədh edəcək.

Biz insanların şüuruna SEKS, ZORAKILIQ, SADIZM, SATQINLIQ kultunu, bir sözlə hər cür ƏXLAQSIZLIĞI yeridən və yayan adamları dəstəkləyəcəyik…

ÇOX AZ ADAM NƏ BAŞ VERDIYINI BAŞA DÜŞƏCƏK. Lakin biz onları köməksiz vəziyyətə salacaq, gülüş obyektinə çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsü adlandırmağın yolunu tapacağıq. Xalq əxlaqının əsaslarını təhrif edərək məhv edəcəyik.

…Biz bu yolla nəsli nəslin ardınca sarsıdacağıq. İnsanların üzərində UŞAQ, YENIYETMƏ yaşlarından işləyəcəyik, əsas stavkanı isə həmişə GƏNCLƏRƏ edəcəyik- onları mənəviyyatca korlayacaq, onlardan HƏYASIZ, HEYVƏRƏ VƏ KOSMOPOLITLƏR düzəldəcəyik. Biz bunu bax belə edəcəyik!”.

Məncə əlavə şərhə ehtiyac yoxdur…

Bütün xəbərlər Facebook səhifəmizdə