Paşinyanın şəxsiyyət vəsiqəsinə “Düşük” adı da yazılacaq KÖŞƏ YAZISI

Hər bir kəsin mənliyini təsdiqləyən sənəd – şəxsiyyət vəsiqəsi var və bu vəsiqənin kimə məxsus olduğu yerdə ata-anasının ona verdiyi adı yazılır. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın faşistlərə xidmət edən ata-anasının verdiyi addan başqa o qədər adı var ki...Ən çox da yadımda qalan «Düşük» adı oldu. Bu da səbəbsiz deyil.

Deyir insanda ağıl, savad yaxşı şeydir, olan yerdə, əsasən də siyasət aləminə baş vuran insan daha realist, daha ağıllı və dərrakəli, həm də ən azı burnundan uzağı görməyi bacarmalıdır. Ancaq bu kriteriyalar olmadıqda, bax, bədbəxtlik də onda başlayır. Xüsusilə də, adını “siyasətçi” qoyan adamlarda. Bu dediyimiz kriteriyalar olmadıqda, həmin adamın sonu məhvə məhkumdur, nəinki özü məhv olur, həm də xalqını dövlətini də özü ilə qəbrə aparır.

Bu, tarixən belə olub. Belə ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş cinayət əməllərinə görə Hitler özünü məhv etdi, xalqına və dövlətinə isə on illiklər sağalması mümkün olmayan yaralar vurdu. Nəticədə, Hitlerin əmrlərinin qulu olanlar üçün Nürnberq məhkəməsi quruldu, sonrakı tarixlərdə törətdikləri soyqırımı aktına görə, Serbiya hakim zümrəsinə daxil olan Miloşeviç və Karaciç Haaqa məhkəməsi qarşısında oturdularaq layiq olduqları cəzanı aldılar.

Ancaq bu gün dünyada hökm sürən qarışıq siyasi mənzərə onu deməyə əsas verir ki, lokal toqquşmaların, aktiv müharibələrində sərhədləri bəlli olan tələbləri var. Bu tələbləri keçdikdə qətliamlar törədənlər beynəlxalq məhkəmə qarşısında oturdula bilər. Bu baxımdan demək olar ki, belə bir hərbi məhkəmə bədbəxt və axmaq millət hesab olunan ermənilərin «baş bilənləri» sırasında yer alan Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və hazırda dünya siyasət palitrasında özünə «Düşük»» adı qazandırmış Nikol Paşinyan üçün qurula bilər. Daha doğrusu, artıq Azərbaycanın hüquq–mühafizə orqanları erməni vəhşilərinin azərbaycanlı dinc sakinlərə, şəhər və kəndlərinə qarşı törətdikləri qəddarlıqları, barbarlığı əks etdirən müvafiq hüquqi sənədləri hazırlayaraq, beynəlxalq məhkəmənin qurulması üçün dünya birliyinə müraciət etməyə hazırlaşırlar. O cümlədən 44 günlük savaş dövründə girməyə «siçan deşiyi axtaran» terrorçu «başı» Araik Arutyunyan cəzası isə daha ağır olacaq. Nikol Paşinın cəzası da ağır olacaq. Çünki o, beynəlxalq hüquq normalarını, eləcə də Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc sakinlərini hədəf seçir. Ancaq Paşinyan və ətrafındakılar anlamalıdırlar ki, tezliklə hər kəs qanun qarşısında öz cəzasının alacaq. Bəzi hərbi ekspertlər iddia edirlər ki, Paşinyanın sərsəm hərəkətləri və onsuz da ağır olan ölkədaxili durumu daha da ağırlaşdırması ermənilər tərəfindən onun fiziki məhvinə qərarın verilməsinə gətirib çıxaracaq. Hətta gözlənilən təhlükədən qaçmaq üçün Paşinyanın ölkədən qaçacağını söyləyirlər. Psixoloqlar isə belə bir iddia irəli sürürlər ki, Nikol Paşinyanın psixoloji problemləri var.

Bəli, axmaq və yarasız insanların aqibəti faciəli sonluqla bitir. Bu, tarixən belə olub və bu gün də aktullığını qoruyub, saxlamaqdadır. Ona görə də, küçədən hakimiyyət pilləsinə yüksələn Paşinyanın axmaq və anormal addımlarının qurbanı olacağı şübhəsizdir. Həm də özü ilə yanaşı erməniləri də, məhvə sürükləyəcəyi şübhəsizdir. Amma bir məsələ də var ki, Paşinyan erməniləri qaragünə, oyuncaq qurum olan Ermənistanı fəlakətlə üz-üzə qoyub, xaricə-filana qaçsa da, «Düşük» adı hər zaman onu qarabaqara izləyəcək. Hətta belə ehtimal edirlər ki, Nikol adı «Düşük»lə əvəzlənsin və bu adı şəxsiyyət vəsiqəsində rəsmiləşsin.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə