Yaşadığımız bu balaca hesab edilən dünyamızda hər gün bəlkə də milyonlarla qorxunc hadisələr, gülüş doğuran olaylar baş verir. Hər bir hadisənin də arxasında bəşəri varlıq hesab olunan insan amili dayanır. Yəni baş verən ölümləri, qarət və talanları bəşəriyyətin ən ağıllı varlığı hesab edilən insan törədir. Bəzən elə insanlar da olur ki, müxtəlif maraqlarının təmin olunması xətrinə dövlətinə və xalqına da düşmən kəsilir. Bunun adı təbii ki, satqınlıqdır, xəyanətdir. Sual edilə bilər ki, pul-para və ya hansısa maraqlar naminə Vətənini, xalqını satmaq olarmı? Nə yazıqlar ki, yaşadığımız cəmiyyətlər “tarakan”lardan xali deyil.

Elə götürək, doğma Vətənimiz olan Azərbaycanımızı. Azmı olub, doğulub, boya-başa çatdığı Azərbaycanımıza qənim kəsilən, 3-5 manata görə, düşmən ölkə olan Ermənistanın kəşfiyyat orqanları ilə iş birliyinə gedən. Hətta Əlikram Hümbətov, Fəxrəddin Abbaszadə kimilər İrəvana gedərək, orada mətbut konfransı keçirib, çörəyini yeyib, suyunu içdiyi Azərbaycan əleyhinə hədyanlar səsləndirmişlər. Eyni zamanda, Vidadi İsgəndərli, Leyla Yunus, Arif Məmmədov, Orduxan Temurxan, Məhəmməd Mirzəli və digər tör-töküntülərin xaricdə oturub, Azərbaycana qarşı şər və böhtan kampaniyaları aparmaları onların xəyanət yolu tutmalarını təsdiq edən faktlardır. Məlum cinayətlərinə görə, həbs olunacağından qorxaraq, xaricə qaçıb gizlənən L.Yunus Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı Azərbaycan xalqı əleyhinə hədyanlar danışıb, geninə-boluna ittihamlar səsləndirib. Bu müəmmalı nadir məxluq çıxışı zamanı Xocalı soyqırımından, erməni vəhşiliyindən, bir kəlmə də söz açmayıb. "Siz Xocalı vəhşiliyindən niyə söz açmadınız" sualına utanıb-çəkinmədən L.Yunus gülə-gülə, "bu, mənlik deyil" cavabını verib. Belələrinə azərbaycanlı demək nə dərəcədə mümkündür? Təbii ki, heç vəchlə bu kimi satqın və xəyanət yolu tutan məxluqlara azərbaycanlı demək olmaz. Düzdür, deyilə bilər ki, günah ilana ağu verəndədir. Yəni xaricdə oturub Azərbaycan əleyhinə qərəzli fəaliyyət yolu tutanlarda, eləcə də onları təlimatlandıran Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı kimi cəmiyyətdə nifrət obyekti olan partiya sədrlərindədir. Ancaq insanın özü sürüşkən olmasa, ona təsir etmək, mövqeyindən və məsləkindən sapındırmaq çətindir. Daha doğrusu, mümkünsüzdür. Bu baxımdan, tam əminliklə demək olar ki, xarici maraqlı dairələrin əlaltısı rolunda çıxış edən müxalif məxluqların qanlarında zərərli mikroblar daha çox yer alır.

İstər Azərbaycandakı, istərsə də xaricdəki “söyüş müxalifəti”nə maliyyə vəsaitləri verən məkrli fondlar Azərbaycanın dövlət olaraq güclənməsini, inkişafını istəməyən və regionda söz sahibinə çevrilməsinə qısqanclıqla yanaşan qüvvələrdir. Həmin qüvvələr Azərbaycanda destruktiv qüvvələrə dəstək verməklə öz pozucu niyyətlərinə nail olmağa ümid bəsləyirlər. Ancaq zaman o zaman, əyyam o əyyam deyil ki, şər və böhtanlarla, qarayaxma kampaniyası ilə dövlətə nəyisə diqtə etdirəsən. Artıq dünyada tanınan və qəbul edilən güclü, qüdrətli Azərbaycan dövləti var. Bu dövlət 44 günlük Vətən müharibəsi ilə yağı düşmənin dizini yerə qoydu, 30 ildir tapdaq altında olan Qarabağımızı işğaldan azad etdi. Müzəffər ordumuz erməni qəsbkarlarını ciddi şəkildə cəzalandırmaqla hərb tarixinə rəşadətli imzasını atdı. Bu gün Azərbaycan bütün sahələrdə böyük inkişaf yolu qət edib. İnkişaf və tərəqqi yolunda inamla irəliləyən Azərbaycan bundan sonra daha da inkişaf edəcək və dünyanın aparıcı dövlətlərindən biri olmasının heç də təsadüfi olmadığını nümayiş etdirəcək. Bu baxımdan, istər xaricdəki “söyüş müxalifəti”, istərsə də daxildəki müxalif tör-töküntülər aparılan uğurlu siyasətə kölgə sala bilməyəcəklər. Onlar şər və böhtanlar danışacaq, mənasız fikirlər sərsəmləyəcək, anormal iddialar irəli sürəcək və nəhayət, nəticə əldə edə bilmədiklərini anlayıb əski mövqelərinə qayıdacaqlar. Yəni həngamə sona çatır. Zatən belə də olmalıdır. Çünki onlar meydana çıxanda boş qazanla çıxmışdılar və fəaliyyətləri dövründə, ancaq həmin o boş qazanları danqıldadıblar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə