Acgöz məmur - Bu düşüncə ilə heç vaxt düzələn deyilsiniz...

Əslində bu gerçəklik həm də aksiomadır. Yəni dəfələrlə rüşvətxor məmurlar barədə deyilib, yazılıb. Ancaq bu gənələr qana elə daraşıblar ki... Amma artıq onlara sığal çəkmək kimi cinayətə bərabər "humanistliyə" yer yoxdur, bu cəmiyyətdə. Dövlətin və xalqın pulunu yeyənlərə "bacarana can qurban" düşüncəsi ilə yanaşmaq, elə onların cinayətlərinə şərik olmaq kimi bir şeydir. Ancaq bu düşüncə ilə heç vaxt belələri düzələn deyil.

Belə acgöz məmurlar anlamırlar ki, 30 il işğalçı Ermənistanın özgə torpağına göz dikdikləri üçün başlarına elə bir dəmir yumruq vuruldu ki, başlarını soxmağa heç bir siçan deşiyi belə tapa bilmədilər.

Bu dəmir yusruğun gücü idi!. Bu Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının "dəmir yumruq" siyasətinin nəticəsi idi ki, 44 gün ərzində 30 illik həsrətə son qoyularaq, haqq qalib gəldi, haqqını azanları icid əsgərlərimiz və zabitlərimiz şücaəti ilə it kimi qovaraq bütövlüyümüz bərpa edildi, Qarabağ Azərbaycanımıza qovuşduq. Nə əcabə, bu gün bəzi, dövlət başçımızın adlarını çəkdiyi və çəkmədiyi məmurlar "hazırın naziri olmaq" istəyirlər?. Amma istəkləri ürəklərində qaldı. Dövlət başçımız bu tip məmurlara elə bir dərs verdi ki... İyrənc simalarını ictimaiyyət qarşısında açıqlamalı oldu. Üstəlik, ölkə ictimaiyyətini mədəniyyət paytaxtı elan edilmiş gözəl Şuşanı bu tipli qəsbkar məmurlara "öz yerlərini bilsinlər" deyərək bildiridi ki, bu özbaşınalığı nə birincidir, nə də sonuncu: "Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir...Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq".

Bəli, ölkənin Lideri yadına saldı. Yadına saldı ki, "Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!". Amma görünür hələ də bu özbaşına məmurlar isti yerdə oturduqlarını zənn edirlər. Kifayət qədər iyrəncdir. Tamah gör nə sərhədsiz həddə çatıb ki, yenicə işğaldan azad edilən, hələ minalarla və demək ki, hər an ölüm risqi ilə dolu olan bu torpaqlara sahiblənmək, onları da Azərbaycanın digər səfalı ərazilərini zəbt etdikləri kimi əhatəyə alıb özününküləşdirmək üçün ən rəzil yollara belə əl atırlar.

Ay nankor və acgözlər, bu torpaqlar qanla alınanda sən, övladların o «hazırın, naziri olmaq» istədiyiniz torpaqların azad olunmasında nə etmisiniz? Hanı vicdan?. Hanı əxlaq? Hanı qeyrət? Kimlərə bunu sual edirəm. Ancaq etməliyəm. Çünki qanları bahasına oğullarımızın – əsgər və zabtlərimizin qanı hesabına azad edilən torpaqlarda öz istirahətləri üçün qəsrlər tikmək, yay aylarında kef məclisləri qurmaq üçün Şuşaya diş qıcıyanlıra ən ağır sözlər deməliyəm. Çünki bunların mədələri ilə küt beyinləri arasındakı rabitə elə pozulub ki, "dur" siqnalı qəbul olunmur. Artıq insanlıqdan vəhşiliyi doğru getdiklərini də hiss etmirlər. Mən bu adamlarda günah görmürəm. Çünki robotlaşıblar. Və bu acgöz məmurlar dövlət başçımızın dediyi kimi: "Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq». Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar".

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə