Dəmir yumruq: daim yüksəkdədir və hər an enməyə hazırdır! KÖŞƏ YAZISI

Şuşamıza Ali Baş Komandanımız tərəfindən gerçəkləşdirilən tarixi səfər artıq özü-özlüyündə bir çoxlarını narahat edən suallara da yavaş-yavaş aydınlıq gətirməkdədir və bu aydınlıq elə də uzaqda deyil, çox yaxındadır, hətta Şuşamızın Xankəndinə yaxınlığı qədər məsafədə...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qədim mədəniyyət paytaxtımız, azad Şuşa şəhərinə tarixi (!!!) səfəri və həmin səfəri çərçivəsində səsləndirdiyi fikir və bəyanatları əslində bir neçə gün əvvəlki bəyanatının - separatçı quldurlara və başlarına dəymiş dəmir yumruqdan sonra hələ də işğalçılıq düşüncələrində qalmağa cəhd edən Ermənistan rəhbərliyinə yönəlmiş son xəbərdarlığının məntiqi nümayişi idi. Bu yumruq daim yüksəkdədir və hər an düşmənin başına enməyə hazırdır.

Məsələ ondadır ki, dövlət başçımızın tarixi Şuşa səfəri digər tərəfdən düşmənlərimizi ciddi şəkildə narahat etməyə başlayıb. Hətta belə desək, ənənəvi erməni həyasızlığı bu məqamda da özünü çox gözlətməyib. Məsələn, ermənilər sosial şəbəkələrdəki seqmentlərində özlərinin xarici işlər nazirliyindən dərhal tələb ediblər ki, sözügedən səfərə qarşı etirazlarını bildirsinlər, sən demə bunların “şuşiləri” böyük “dərd” içindəymiş, “sızlayırmış”. Təbii ki, erməni həyasızlığı ilə yanaşı ənənəvi “əzabkeşliklərini”, “məzlumluqlarını” da artistizm nümayişi kimi sıralamaya əlavə edərsək, bu zaman qaraçı geni daşıyan qaraçı tayfasının real formulası özünü tam şəkildə isbatlamış olar.

Düşmənin beli qırılıb, cürət edib bir də başını qaldırarsa yenə qırılacaq!

Karma deyilən ifadə var, yəni digər şəkildə ifadə etsək, bumeranq zərbəsi. 30 il (!!!) azərbaycanlılar Şuşa həsrəti ilə alpışıb-yandılar, bu həsrətlə minlərlə insan haqq dünyasına narahatlıqla köçdü, təkcə Şuşa həsrəti ilə və digər işğal altında qalmış rayon və şəhərlərimizi hələ demirəm. Məhz həmin qaraçı tayfasının nümayəndələridirlər ki, indi də Azərbaycanın zəfərindən od tutub-yanırlar. Cızdaqları çıxana qədər yanıb-kül olurlar. Qoy olsunlar, zərəri yoxdur, karmanın ya da bumeranqın, əsl mənada isə İlahi ədalətin zərbəsini dadsınlar. Bu zərbənin digər adı isə Azərbaycan əsgərinə, xalqına xas olan, aid olan dəmir yumruqdur ki, növbəti dəfə Şuşadan düşmənin başına endi!

Təkcə bir bəyanatın gücünə və hər an real şəkildə həyata keçməsi mümkünlüyünə diqqət yetirək. Ali Baş Komandan Şuşada vurğulayıb: “Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq, lazım olsa bir də qırarıq... Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin (erməni işğalçılarının və onların əvvəlki və indiki rəhbərliklərinin – R.R.) iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq!”

Yaxud: "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unurmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik!"

Gorbagor olan və cəhənnəmə gedən status: ermənilər və havadarları isə öz nağıllarına inanmaqda davam etsinlər...

Ancaq daha bir məsələyə toxunmağın tam yeridir. Daha dəqiq desək, bu gün şəhidlərimizin, qəhrəman qazilərimizin şücaətləri, hədsiz qəhrəmanlıqları sayəsində əldə eidlmiş zəfər və qələbəmizə xor baxanlara, sapı özümüzdən olan baltalaradır sözüm. Ali Baş Komandanımızın sözü ilə əməli birmənalı olaraq gerçəklikdir və bu gerçəklik istəsələr də, istəməsələr də onların – sapı özümüzdən olan baltaların da başlarına dəmir yumruq kimi dəyəcək və dəyir də. Bu baxımdan, ölkə başçımızın Şuşa səfəri əsnasında səsləndirdiyi digər bəyanatına diqqət yetirək: “Onlar qondarma “DQR”in “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “DQR”in “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları (işğalçıları – R.R.) buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Perlament” də gorbagor oldu, status da görbagor oldu, cəhənnəmə geti. Qarabağ Azərbaycandır!”

Qarabağ Azərbaycandır! – bu şüarın kimlərə aidiyyatı yoxdur?

Bəli, Qarabağ Azərbaycandır! Azərbaycanın dövlətçiliyinə sadiq olan hər bir vətəndaş üçün, Qarabağ Azərbaycandır! Onun maraqlarını canı bahasına qorumağa, şəhid olmağa hazır olanlar üçün, Qarabağ Azərbaycandır! Düşmənin hər mənfur cəhdinə qarşı sinəsini önə verməyi, mübazirə aparmağı bacaranlar üçün! Qələbəmizə xor baxanlara isə bunların heç bir aidiyyatı yoxdur. Çünki ya erməni olsun, ya da erməniyə canfəşanlıq edən hər hansı bir xarici qüvvə olsun – belələri onlara nabilik, nökərçilik, köləlik edirlər və belələrinə nə Qarabağın azad olunub-olunmaması qətiyyən maraqlı deyil, nə də onların bu ətrafda nələrsə çərənləmələri xalqda maraq doğurmur.

Nəticədə isə reallıqdan danışaq: qədim şəhərimiz - Xankəndimizi yüksəklərdən öz ağuşuna almış Şuşamıza Ali Baş Komandanımız tərəfindən gerçəkləşdirilən tarixi səfər artıq özü-özlüyündə bir çoxlarını narahat edən suallara da yavaş-yavaş aydınlıq gətirməkdədir və bu aydınlıq elə də uzaqda deyil, çox yaxındadır, hətta Şuşamızın Xankəndinə yaxınlığı qədər məsafədə...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə