Deyir, Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Bəs dünyaya bu torpaqda göz açan, bu torpağa sıcınan, özünü "azərbaycanlı" sayan, bu vətənin "vətəndaşı" niyə vətən daşına dönük çıxır? Böyük şairimiz Məmməd Araz dediyi kimi: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!".

Ancaq bu gün «ermənidən betər» olan, niyyət və əməli daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat dağıdıcı müxalifət əslində, antiazərbaycançı şəbəkənin bir təmsilçisi kimi çıxış etdiyini istər-istəməz faş etməkdədir. Bu aksiomadır ki, erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. Bu yerdə ermənilərin dostları ilə dostluq edən "Milli Şura"çılar kimdir? Nə araşdırmaq lazımdır, nə də fikirləşmək. Cavab bəllidir. Çünki Vətən daşına dönük çıxanlar bu ölü qurumda toplaşıb. Ancaq bu gün istər Əlisi, Cəmili, İsası, Arifi, Gültəkini... və bu kimi satqın və əxlaqsızlar Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulasalar da, arzuları elə bir daşa dəyir ki... sonda xalqın nifrətinə düçar olurlar.

Bu gün özünü "qazi" adlandıran Tofiq Yaqublu kimilərin ortaya düşərək, Azərbaycan xalqının Vətən Müharibəsindəki qələbəsi ilə bağlı böhtanlı sözlər deməsi, doğurdan da böyük şairimizin dediyi kimi, belələri Vətən qədrini bilməzlər. Bu artıq sağalmayan siyasi xəstəlikdir. Bu siyasi xəstəlik illərdir ki, vətən satqınlığı ilə müşayiət olunur.

Çünki illər idi ki, sevimli Qarabağımız düşmən tərəfindən işğala məruz qalmışdı. Odu-ocağı yağmalanmış, torpağı talanmış Qarabağımızın həsrəti qəlbimizi göynədirdi. Azərbaycanımızın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşamızda, bütünlüklə ata-baba torpaqlarımızdı murdar düşmən- "yanlar" gəzirdi. Qarabağımız dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul etmir. Çünki bu toropaqlar paklığı sevir, müqəddəsdir!. Bu torpaq "Vətən" kəlməsinə həsrət idi. Biz də bu ulu torpağın həsrətindəydik.

Bu gün bu Vətən Müharibəsinin qələbəsini qanmayanlar bir daşa anlamalıdırlar ki, Qarabağ bizimdir!, Qarabağ Azərbaycandır! Çünki Azərbaycan haqq yolundadır, bütövlüyümüzün bərpası uğrunda vuruşurduq!. Bir daha dünyaya sübut etdik ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəmir yumoruğu ilə bərkiyən siyasəti qarşısında acizdir: "Yaxşı, biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə "dayanın" deyirsən, ona de ki, çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən. Heç kim məni dayandıra bilməz və dedim tələb edirəm səndən Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax bu bəyanatda o öhdəlik var.

Məcbur edirik onu, məcbur etdik, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə, o donuzları bizim məscidlərimizdə saxladığına görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan. Ona görə məsələnin hərbi yolu var. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu.

Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır. Prinsip etibarilə mən tələb edə bilərdim ki, gəlsin otursun orada, aşağıda, bax orada imzalasın onu. Amma mən belə adam deyiləm. Mən nə üçün kimisə alçaldım. O onsuz da özünü alçaldıb. Bu rəzil duruma özü-özünü salıb. Gərək orada qarnını qabağa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, verirsən. Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik".

Bəli, bundan sonra da özgəsinin torpağına göz tikənlərin dərslərini verəcək, bizim canavar kimi üstünüzə şığıyan dəmir, cəngavər, qoxmaz əsgər və zabitlərimiz.

Bu gün bu torpaqları satan AXCP-Müsavat, daha nə bilim

Ortada meymun kimi oynadılan "Milli Şura" kimi erməni yalaqları bilməlidirlər ki, Qarabağ Azərbaycandır» nöqtəyə Qarabağ Azərbaycandır! Çünki bu yol haqq yoludur, birliyimizin yoludur! Bu yol Azərbaycanımızın ərazi bütövlüyü yoludur, ədalət yoludur, həmrəylik yoludur, azadlıq yoludur!. Bu yol Xalq-İqtidar birliyinin yoludur!

Və bu gün AXCP, Müsavat və "Milli Şura"-da olan satqınlar, daha doğrusu Vətən daşına dönük çıxanlar bilməlidirlər ki, yaxın zamanlarda xalq onların da cəzasını verəcək. Bu satqınlar bir daha anlamalıdırlar ki, tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...